Icma.az
close
up
RU
Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Yekaterinburqda polis əməkdaşlarının azərbaycanlılara qarşı göstərdiyi qeyri-insani rəftar, hətta cinayət təkcə həmin şəxsləri deyil, bütün azərbaycanlıları narahat edən, hüquqlarımızı ayaq altına alan bir hadisədir.Bu faciəvi hadisə həm də bizi birləşməyə, susmamağa çağıran bir siqnaldır.

Yekaterinburqda baş verənlər göstərdi ki, harada yaşamağımızdan, hansı ölkənin vətəndaşı olmağımızdan asılı olmayaraq, biz bir millətik və hər hansı bir azərbaycanlıya qarşı edilən haqsızlıq hamımıza edilən haqsızlıqdır.

Azərbaycan diasporu son illərdə informasiya müharibəsi, hüquqi yardım, ictimai təzyiq baxımından da formalaşmağa başlayıb.

Belə ki, Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Vüqar Səfərov da bildirib ki, ona güc tətbiq edərək Ukraynadakı müharibəyə “könüllü” yollanmaqla bağlı sənədi imzalamağa məcbur ediblər. Lakin Azərbaycan diasporunun sədri Şahin Şıxlinski polis bölməsinə gələrək onu çıxarıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakupost.az -a açıqlamasında bildirib ki, indiki dövrdə azərbaycanlıların həmrəyliyi xüsusilə vacibdir:

“Yekaterinburqda baş verən hadisələr fonunda Azərbaycan diasporunun fəaliyyəti bu istiqamətdə dövlət siyasətinin uğurunun və vətəndaşlığından asılı olmayaraq xaricdə yaşayan, o cümlədən Rusiyada yaşayan soydaşlarımızın vətənlərinə, etnik və mədəni bağlılıqlarına böyük əhəmiyyət verdiyini göstərir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin soydaşlarımıza qarşı həyata keçirdiyi qanunsuz və ciddi pozuntular, eləcə də zorakılıqla müşayiət olunan "tədbirləri" fonunda diaspor fəallarının haqq səsini ucaltması, habelə qətlə yetirilən soydaşlarımızın nəşinin vətənə gətirilməsi istiqamətində Azərbaycanın Rusiyadakı səfirliyi ilə koordinasiyalı şəkildə fəaliyyəti soydaşlarımızın harada yaşamasından asılı olmayaraq azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdiyini göstərir. İndiki məqamda bu həmrəylik xüsusilə vacibdir, çünki Azərbaycan üzərində hər hansı formada təsir rıçaqlarına malik olmayan və regionda hökm etmək iddiasında olan subyektlər ilk növbədə məhz ölkə daxilində və ölkənin ictimai fikrində parçalanmaya nail olmaqla nələrisə əldə edəcəklərinə ümidlə yanaşırlar. Lakin Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız nümayiş etdirdilər ki, ölkəmizə yönəlik istənilən təhdid qarşısında qətiyyətlə birləşməyə və milli maraqların müdafiəsinə qalxmağa qadirdirlər. Soydaşlarımızın ətrafında birləşdiyi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası isə məzmun və miqyasına görə milli birliyin təmin edilməsi üçün kifayət qədər əsaslı bazis rolunu oynaya bilir.”

Milli Məclisin deputatı Azər Allahverənov Bakupost.az -a açıqlamasında belə hallarda diasporların fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib:


“Biz görürük ki, diaspor təşkilatları öz fəaliyyətini həm orada yaşayan həmvətənlərimiz ilə bağlı qurur və eyni zamanda Azərbaycan Respublikasının Rusiyada yaşayan vətəndaşları ki, var, diaspor onların da hüquq və azadlıqlarının təmin olunması prosesində fəaliyyət göstərir. Elə bu hadisələr zamanı da Yekaterinburqda azərbaycanlı miqrantlara qarşı həyata keçirilən zorakılıq fonunda gördük ki, onların vəkillərlə təmin olunması, polis məntəqələrindən çıxarılması və digər məsələlərdə də bizim diasporun fəaliyyəti özünü büruzə verdi. Xüsusilə də Diaspor təşkilatının sədri Şahin Şıxlinskinin bu kimi məsələlərdə birbaşa olaraq dövlət strukturları ilə sıx təmasda olması onu göstərir ki, diaspor bizim miqrantların hüquq və azadlıqlarının təmin edilməsi, onların hüquqlarının bərpa olunması istiqamətində zəruri addımlar atır.

Təbii ki, o şəhərlərdə ki, diaspor güclüdür, orada daha çevik şəkildə bu hüquq və azadlıqların təmin olunması istiqamətində müsbət nəticələr əldə olunur. Amma, misal üçün, eyni zamanda o da bəllidir ki, diaspor təşkilatları bizim diplomatik qurumlarla çox sıx əlaqədə fəaliyyət göstərir və aradakı bu əlaqə çox yüksək səviyyədə qurulursa, orada hər zaman müsbət nəticələr əldə etmək mümkündür.”

Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu təhdidlərdən qorunmaq üçün Azərbaycan diasporu güclü olmalıdır:


“Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir. Rusiyanın böyük şəhərində bir evdə axtarış aparılmayıb, onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar.

Ötən il Rusiya polisi Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə hücum edib, qonaqları yerə uzandırmışdı. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdikcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyatı yoxdur.

Rusiyadakı diasporumuz güclü olduğu halda, azərbaycanlıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür. Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər."

Yekaterinburq hadisələri bizi silkələdi. Bu, bizi bir daha düşünməyə, hərəkətə keçməyə çağırır. İndi sosial mediada, mətbuatda, diplomatik kanallarda, hüquq müstəvisində səfərbər olmalı, haqsızlığa məruz qalan həmyerlilərimizə dəstək olmalıyıq.

Aysel,

BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyul 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri