Icma.az
close
up
RU
Həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir

Həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Getdikcə daha çox qütbləşən dünyada sülhün möhkəmləndirilməsi üçün dialoq, həqiqət və məsuliyyətli jurnalistika həlledici əhəmiyyət daşıyır. Müasir informasiya mühitində dövlətlər yalnız ənənəvi diplomatik kanallarla kifayətlənə bilməzlər. Media forumları hökumətlərə, ekspertlərə və jurnalistlərə açıq fikir mübadiləsi aparmaq, yanlış təsəvvürləri aradan qaldırmaq və hadisələri birbaşa mənbədən təqdim etmək imkanı yaradır. Təbii ki, forumlar siyasi problemləri birbaşa həll etmir, lakin uzunmüddətli sabitlik üçün zəruri olan dialoq mühitini gücləndirir. Bu gün belə dialoq əvvəlkindən daha vacibdir. Dezinformasiyanın sürətlə yayıldığı və geosiyasi gərginliyin artdığı bir şəraitdə jurnalistlərin siyasi liderlərə birbaşa suallar verməsi, liderlərin isə mövqelərini vasitəçilər olmadan izah etməsi şəffaflığı artırır, etimadı möhkəmləndirir və beynəlxalq ictimaiyyətin daha dolğun məlumat əldə etməsinə imkan yaradır.

Bu baxımdan Şuşa Qlobal Forum bu gün artıq jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh quruculuğu kimi qlobal mövzuların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Hər il iştirakçıların coğrafiyası genişlənir və müzakirə olunan mövzuların əhatə dairəsi artır. Forum həmçinin Azərbaycanın açıq müzakirələr vasitəsilə dezinformasiyaya qarşı mübarizəyə və birbaşa ünsiyyətin təşviqinə verdiyi önəmin bariz göstəricisidir.

50-dən çox ölkədən media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirakı Forumun beynəlxalq nüfuzunun və etibarlılığının artdığını göstərir. Bu, Şuşanın artıq regional və qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir. Müxtəlif ölkələrdən olan iştirakçılar fərqli baxış və təcrübələri bir araya gətirməklə müzakirələrin keyfiyyətini daha da artırırlar.

Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat və kommunikasiya layihələri, eləcə də suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyi ilə bağlı fikirləri beynəlxalq diqqəti çox cəlb etdi. Bunlar təkcə regionumuz üçün deyil, beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından da aktual mövzulardır. Eyni zamanda, iqtisadi əməkdaşlığın davamlı sülhün əsaslarından biri kimi təqdim edilməsi də mühüm mesajdır.

Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir.

Çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu. Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi. O qeyd etdi ki, forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır.

Prezidentin çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki, son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verildi.

Məncə, builki Forumun əsas mesajı budur ki, həqiqət, dialoq və etimad davamlı sülhün əsas şərtləridir. Forum göstərdi ki, məsuliyyətli media yalnız hadisələri işıqlandırmır, eyni zamanda qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dezinformasiyanın qarşısının alınmasına və etimadın bərpasına mühüm töhfə verir. Bununla yanaşı, Forum Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığın təşviq olunduğu mühüm platformalardan birinə çevrildiyini bir daha nümayiş etdirdi.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 İyul 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri