Icma.az
close
up
RU
Həqiqətən də səhər yeməyi yeməməliyik? Deputatın fikirinə qida mütəxəssisi belə CAVAB VERDİ KONKRET

Həqiqətən də səhər yeməyi yeməməliyik? Deputatın fikirinə qida mütəxəssisi belə CAVAB VERDİ KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Milli Məclisin deputatı Rəşad Mahmudovun “gün ərzində maksimum 2 dəfə qidalanmaq lazımdır və səhər yeməyinə ehtiyac yoxdur” fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu yanaşma bəzi elmi və tibbi yanaşmalarla uyğunluq təşkil etsə də, bütün əhali qrupları üçün universal sağlam qidalanma modeli sayılmır”.

Bu fikirləri Sağlam qida təbliğatçısı Asim Vəliyev KONKRET.az-a açıqlamasında bildirib.

“Ənənəvi dietologiyada səhər qəlyanaltısı “günün ən vacib yeməyi” hesab edilir. Bu, orqanizmin gecə boyunca itirdiyi enerjini bərpa etmək, maddələr mübadiləsini aktivləşdirmək və beyin funksiyalarını dəstəkləmək üçün vacib sayılır. Səhər yeməyinin yeyilməməsi konsentrasiyanın zəifləməsi, maddələr mübadiləsinin yavaşlaması, gün ərzində daha çox kalori qəbuluna səbəb olması kimi risklərlə əlaqələndirilir”.

Ekspert qeyd edib ki, xüsusilə, uşaqlar, yeniyetmələr, yaşlılar və diabet xəstələri üçün səhər yeməyi əvəzolunmazdır.

“Son illər bəzi müasir yanaşmalar gün ərzində 2 dəfə və ya müəyyən saatlarla məhdud qidalanmanın metabolik faydalarını göstərir. Bu metod orqanizmdə insulin həssaslığını artırır, piylənmə riskini azalda və həzm sisteminə istirahət verə bilər. Lakin bu rejim fiziki sağlam, qida balansını yaxşı bilən, mütəmadi idmanla məşğul fərdlər üçün tövsiyə olunur və həkim nəzarəti tələb edir. Nəzərə alınmalıdır ki, hər kəsin bədən tipi, yaş, həyat tərzi və sağlamlıq vəziyyəti fərqlidir. Qidalanma çox fərdi bir sahədir, kütləvi tövsiyələr zərərli nəticə verə bilər. Xüsusilə, səhər yeməyindən imtina uşaqlar, tələbələr və diabet riski olan şəxslər üçün mənfi nəticələrə gətirib çıxarır. Məsələn, səhər yeməyi qəbul etməyənlərdə günorta və axşam yeməklərində həddindən artıq qida qəbuluna meyl yaranır. Bu da uzunmüddətli perspektivdə piylənmə və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı və bir çox nüfuzlu tibbi qurumlar bütün yaş qrupları üçün balanslı və müntəzəm qidalanmanı tövsiyə edir. Səhər yeməyi, əsas makroelementləri (karbohidrat, protein, yağ) balanslı şəkildə qəbul etməyə imkan verdiyi üçün gündəlik enerji və zehni fəaliyyətə əhəmiyyətlidir”.

A.Vəliyev vurğulayıb ki, Rəşad Mahmudovun təklif etdiyi tərz bütün cəmiyyət üçün uyğun deyil.

“Bu, tibbi nəzarət olmadan tətbiq Edilməməlidir. Xüsusilə, həssas qruplar üçün təhlükəli nəticələr doğura bilər. Qidalanma məsələsində universal resept yoxdur – hər bir fərdin bioloji ehtiyacları nəzərə alınmalı, həkim, diietoloq və həyat tərzi çərçivəsində müəyyən edilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri