Icma.az
close
up
RU
Həqiqi və saxta kərə yağını ayırd etməyin 6 asan yolu

Həqiqi və saxta kərə yağını ayırd etməyin 6 asan yolu

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kərə yağı Azərbaycan mətbəxində çox istifadə olunan qida növlərindəndir. Təxminən 82% süd yağından əldə edilən kərə yağı bir çox yeməkdə istifadə olunur. Mətbəxdə gözəl qoxu yaradan bu heyvan mənşəli yağ, eyni zamanda çox yüksək qida dəyərinə sahibdir.

Pravda.az xatırladır ki, bazarda müxtəlif növ kərə yağları mövcuddur. Təəssüf ki, bəzən satış hiylələri ilə qarşılaşa bilərsiniz və kərə yağı təbii olmaya bilər. Belə hallarda, həqiqi kərə yağı ilə saxta və qatqılı kərə yağını ayırd etmək vacibdir. Bəsnhəqiqi kərə yağını necə tanıtaq? Bunun üçün bir neçə sadə test təqdim edirik.

1. Suda tək hissə halında əriyirsə, həqiqidir

Həqiqi kərə yağı suda tək hissə halında əriyir. Bu testi sınamaq üçün əvvəlcə kərə yağından kiçik bir hissə kəsin və isti suya atın. Əgər kərə yağı hissəsi suda tək formada əriyirsə, deməli, o, təbii kərə yağıdır. Əgər yağ hissələrə ayrılaraq əriyirsə, bu halda o, kərə yağı deyil, margarin qarışımı olan saxta bir yağdır.

2. Otaq istiliyində əriməyib yumşalırsa, həqiqidir

Həqiqi kərə yağı otaq temperaturunda vəziyyətini qoruyur. Bu testi yoxlamaq üçün kərə yağını bir neçə saat ərzində otaq temperaturunda saxlayın. Əgər müəyyən bir müddət sonra yağ su kimi əriyirsə, bu o deməkdir ki, istifadə etdiyiniz kərə yağı saxtadır. Həqiqi kərə yağı isə otaq temperaturunda vəziyyətini qoruyar və yalnız yumşalar.

3. Əriyərkən köpüklənirsə, həqiqidir

Kərə yağının ən məşhur xüsusiyyətlərindən biri də yüksək temperaturda bişirildikdə yaranan qoxu və köpükdür. Həqiqi kərə yağı tavada qızdırıldığında köpməlidir. Bunu yoxlamaq üçün bir qaşıq kərə yağı götürün və kiçik bir tavada qızdırın. Əgər qızdırıldığında köpük əmələ gəlməzsə, deməli, bu yağ margarin qarışımıdır və saxtadır.

4. Əriyəndə duru yağdan daha açıq rənglidirsə, həqiqidir

Həqiqi kərə yağı rəng baxımından müxtəlif ola bilər, çünki bu, istifadə olunan südün növü və yağın keyfiyyətindən asılıdır. Buna görə də, kərə yağının rəngi ilə bağlı dəqiq göstərici verə bilərik: Əgər kərə yağı tavada əridikdə, öz rəngindən daha tünd bir rəng alırsa, bu, yağın içində boya olduğu ehtimalını gücləndirir. Bu testi belə yoxlaya bilərsiniz: Əgər kərə yağı açıq sarı rəngdədirsə və tavada əridikdə tünd qızılı sarı rəng olursa, bu, saxta və qatqılı kərə yağıdır.

5. Yaxşı keyfiyyətli kərə yağının qiyməti yüksəkdir

Həqiqi kərə yağı yüksək qiymətə malikdir. Çünki bu, təzə süd yağından hazırlanır. Əgər kərə yağı çox ucuz qiymətlərlə satılırsa, bu yağları almaqdan çəkinməlisiniz.

6. Bıçaqla ayırdığınızda hissəyə bölünürsə, həqiqidir

Saxta və həqiqi kərə yağını ayırd etmək üçün bıçaqdan istifadə edə bilərsiniz. Saxta kərə yağı bıçaqla vurduqda bütöv şəkildə ayrılır. Həqiqi kərə yağını yoxlamaq üçün bıçaq batırın. Təbii və həqiqi kərə yağı çox kiçik hissələrə ayrılır.

Xatırlatma: Bu sadə testləri tətbiq edərək, evinizə həqiqi kərə yağı daxil edib-etmədiyinizi asanlıqla müəyyənləşdirə bilərsiniz.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Mart 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see114

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri