Icma.az
close
up
RU
Nyu Yorkda “İpək Yolu 2025” adlı beynəlxalq festival təşkil olunub

Nyu Yorkda “İpək Yolu 2025” adlı beynəlxalq festival təşkil olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Okeana” teatrında “İpək Yolu-2025” adlı beynəlxalq festival keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, festival komitənin dəstəyi, “My Way” (“Mənim Yolum”) Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin təşkilatçılığı, Nyu-Yorkun şəhər mədəniyyət departamentinin, Şəhər Şurası qubernatorunun dəftərxanasının, Ştat üzrə Qanunvericilik Məclisinin və digər dövlət qurumlarının birgə tərəfdaşlığı ilə gerçəkləşdirilib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Çin, Monqolustan, Hindistan, Qazaxıstan, Özbəkistan, İsrail, Türkiyə və digər ölkələrin musiqiləri, rəqsləri təqdim olunub. ABŞ-ın Nyu-York, Nyu-Cersi, Meyn, Kaliforniya ştatlarından olan 200-dən çox etnik qrupun yaradıcı kollektivi öz məharətini nümayiş etdirib. Festivalda “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəqs qrupu Qafqaz rəqsləri, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sound of Fire” (“Alovun Səsi”) nağara qrupu musiqi nömrələri ilə çıxış ediblər, Meyn ştatından olan soydaşımız Səbinə Nəcəfova tərəfindən “Uzundərə” rəqsi ifa olunub. Konserti 1100-dən çox tamaşaçı izləyib.

Sonda festivalın təşkilatçısı – “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya Nyu-York şəhərin meri Erik Adamsın, Nyu-York Şəhər Assambleyasının üzvləri - Maykl Novaxov və Uilyam Koltonun və Nyu-York Şəhər senatı Stefan T.Çanın adından sertifikatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri