Hər 3 nəfərdən 1ində qaraciyər yağlanmasına rastlanılır Bu şəxslər risk altındadırlar
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
"Hər 3 nəfərdən birində qaraciyər yağlanmasına rastlanılır".
Bunu türkiyəli professor Onur Yaprak deyib.
"Yağlanma irəliləyib iltihab və qaraciyərdə sərtləşməyə yol açarsa insanda əvvəlcə yorğunluq və halsızlıq, sağ qarın bölgəsində toxluq hissi ilə özünü göstərir. Qaraciyər yağlanmasının ən çox rastlanılan insanlar artıq çəki, yüksək təzyiq, xolesterol və diabet xəstəliyindən əziyyət çəkənlərdir. Bu insanların 80 faizində qaraciyər yağlanmasına rast gəlinir. Buna görə də qan təhlilləri və radioloji üsullarla bunu araşdırmaq lazımdır.
Qan analizləri olaraq AST, ALT, GGT testləri verilməlidir. Eyni zamanda, yağlanmağa yol açan insulin dirənci üçün HOMA-IR və aclıq qan şəkəri, xolesterol və triqliserid də yoxlanılmalıdır.
Qaraciyər yağlanmasından əziyyət çəkənlər bədən ağırlığının 10 faizini verəcək diet ve idman proqramlarına keçməlidirlər. Karbohidratla zəngin məhsullar, fastfood, doymuş yağ tərkibli qidaları azaltmaq lazımdır. Axşam 7-dən sonra yemək yeməməlisiniz. Gündə ən azı 1 saatlıq gəzintiyə çıxmaq lazımdır". /medicina.az
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Noyabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















