Icma.az
close
up
RU
​Hər 8 rus hərbçisinə 1 ukraynalı hərbçi həlak olur Ekspertlərin geniş təhlili

​Hər 8 rus hərbçisinə 1 ukraynalı hərbçi həlak olur Ekspertlərin geniş təhlili

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin ümumi hərbi itkiləri (ölən və yaralılar) artıq fantastik həddə – 2 milyon nəfərə çatıb. 

"AzPolitika" xəbər verir ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc etdiyi son hesabat müharibənin gedişatına dair sensasiyalı faktları ortaya qoyub. 

Tədqiqatçıların qənaətinə görə, 2026-cı ilin birinci yarısında Rusiya ordusunun itkiləri əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə artaraq Ukrayna qarşısında 8/1 nisbətinə çatıb. Bu, cəbhədə sıradan çıxan hər bir ukraynalı hərbçiyə qarşı Rusiyanın 8 hərbçi itirməsi deməkdir.

Hərbi ekspert İqal Levin bu kəskin disbalansı Ukraynanın texnoloji üstünlüyü və Rusiyanın taktiki savadsızlığı ilə izah edir. Ekspert Rusiya tərəfinin "z-müharibə müxbirləri"nin belə etiraf etdiyi acınacaqlı mənzərəyə diqqət çəkir: "Hətta rusiyalı blogerlər də yazırlar ki, 'Biz cəbhəyə əsgərlə dolu furqonlar daşıyırıq, ukraynalılar isə cəbhə xəttinə dronlarla dolu furqonlar gətirirlər'. Bu vəziyyətdə itki nisbətinin 8-in 1-ə olması tamamilə təbiidir və reallığı əks etdirir. Hazırda dronlar döyüş meydanında mütləq hakimdir. Bu problem hər iki tərəf üçün aktual olsa da, Ukrayna daha inkişaf etmiş və genişmiqyaslı robotlaşdırılmış sistemlərə, PUA arsenalına sahibdir".

İ. Levin bildirir ki, dron təhlükəsindən qorunmaq mexanizmi hazırda heç ABŞ və ya İsraildə də tam həllini tapmayıb: "İsrail Müdafiə Nazirliyi Hizbullah dronlarına qarşı mühəndislər üçün böyük bir tender elan edib. Əgər texnoloji cəhətdən inkişaf etmiş İsrail bu problemi hələ tam həll edə bilməyibsə, Rusiya Müdafiə Nazirliyinin vədlərinə baxmayaraq, Moskva bunu heç vaxt bacarmayacaq".

Ekspert Rusiyanın biabırçı canlı qüvvə itkisinin digər səbəblərini şəxsi heyətin hazırlıq səviyyəsinin aşağı olmasında, bəzən cəmi bir neçə həftəlik təlimdən sonra əsgərlərin birbaşa "həmlə (şturm) taborlarına" göndərilməsində və komandirlərin səriştəsizliyində görür. Antropoloq Aleksandra Arxipova isə cəbhədə daxili idarəetmədə korrupsiyanın artdığını, sağ qalan bir çox rus hərbçisinin yenidən ölümcül şturma göndərilməmək üçün komandirlərinə külli miqdarda rüşvət verməyə hazır olduqlarını bildirir. Bu cür kütləvi itkilər və canlı qüvvə çatışmazlığı artıq Rusiya ordusunun hücum tempini ciddi şəkildə zəiflədib.

Müharibə təkcə cəbhədə deyil, həm də iqtisadi infrastruktur səviyyəsində strateji xarakter alıb. İyulun 2-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın Nijni Novqorod vilayətində yerləşən və Moskva regionunu benzinlə təmin edən üç nəhəng zavoddan birini – Neft Emalı Zavodunu (NEZ) uğurla vurub. Buna cavab olaraq Rusiya Müdafiə Nazirliyi Kiyev və Kiyev vilayətindəki hərbi sənaye və yanacaq-energetika obyektlərini hədəf aldığını açıqlayıb.

İqal Levin Rusiyanın bu addımını hərbi səmərəlilikdən uzaq, sadəcə "güzgü effekti" yaratmaq cəhdi kimi qiymətləndirir: "Ukrayna Rusiyanın yanacaq imkanlarını və logistikasını məhdudlaşdırmaq üçün düşünülmüş strateji kampaniya aparır. Rusiya isə sadəcə cavab addımı atırmış kimi görünmək və daxili auditoriyaya 'baxın, biz də onların yanacaqdoldurma məntəqələrini vururuq, onlarda da benzin çatışmır' görüntüsü vermək istəyir. Putinin əsas hədəfi müharibəni sıravi Rusiya cəmiyyətindən uzaq tutmaq idi. Lakin ölkədə yaranan benzin qıtlığı müharibədən tamamilə uzaq olan sıravi rusiyalıları da bu reallıqla üz-üzə qoyur və onları bu haqda danışmağa məcbur edir".

Ekspert əlavə edib ki, Rusiya bütövlükdə müharibəni qeyri-effektiv aparır: "Biz ölkədə artıq yarım milyon ölünün olduğunu görürük. Bu, onların Donbasda bir neçə dağılmış kəndi, meşə zolağını və çölü götürmək üçün ödədikləri qiymətdir. Ağlı başında olan heç bir insan buna 'adekvat qiymət' deməz. Əgər onlar bu itki ilə Zaporojye və ya Xerson kimi vilayət mərkəzlərini götürsəydilər, bu başqa bir müzakirənin mövzusu olardı. Lakin körpülərin məhv edilməsi, Ukraynanın ali rəhbərliyinin sıradan çıxarılması və ya nöqtə atışları kimi qlobal hərbi hədəflərə gəldikdə, Rusiyanın heç nəyi alınmır. Onların əlindən gələn yeganə şey Kiyevə edilən gecə hücumu kimi sıravi vətəndaşların öldüyü, yaşayış binalarının dağıldığı selektiv terrordur".

Digər mühüm gəlişmə isə beynəlxalq mediada, xüsusən "Bloomberg" agentliyində Ukraynanın ilk dəfə Rusiya ərazisinə öz istehsalı olan uzaqmənzilli operativ-taktiki ballistik raket atması barədə yayılan məlumatlardır. Rusiya Müdafiə Nazirliyi tipi dəqiqləşdirilməyən uzaqmənzilli raketin vurulduğunu iddia etsə də, Ukrayna rəsmi olaraq ballistik raket tətbiqini təsdiqləmir.

Ukraynalı aviasiya eksperti Valeri Romanenko daxili istehsal olan ballistik raketlərin istifadəsi xəbərlərinin hazırda bir qədər şişirdildiyini, çünki ölkədə hələ əvvəlki modifikasiyalı kiçik raketlərin belə tam sınaqdan keçirilmədiyini bildirib. Bununla belə, ekspert bu silahın Rusiya üçün niyə bu qədər böyük qorxu yaratdığını və şəhərlər üçün təhlükəsini izah edib:

"Qanadlı raketlər uzun müddət üfüqi və alçaq hündürlükdə uçur, onları da vurmaq çətindir. Lakin Ukrayna hazırda Rusiyanın qanadlı raketlərinin 95%-dən çoxunu zərərsizləşdirir. Ballistik raketlərdə isə vəziyyət tamamilə fərqlidir və onlara qarşı cəmi bir neçə sistem effektiv işləyə bilir. Ballistik raket trayektoriyanın son hissəsində saatda 4-5 min kilometr sürətlə, demək olar ki, şaquli şəkildə yerə enir. Onu zərərsizləşdirmək üçün 'hit-to-kill' (raketin raketlə birbaşa havada toqquşması) metodundan istifadə edilməlidir ki, bu da olduqca mürəkkəbdir".

Ekspert şəhər daxilində aparılan hava hücumundan müdafiə döyüşlərinin fəsadlarına da toxunub:

"Raket boş sahədə və ya tarlada vurulanda problem olmur, lakin şəhər üzərində zərərsizləşdirildikdə onun qalıqları, yaxud da parçalansa belə döyüş başlığı birbaşa binaların, həyətlərin üzərinə düşür. Kiyevdə baş verən son faciə, yaşayış binasının dağılması və ölənlərin sayının 30 nəfərə çatması məhz bu cür dağıdıcı qalıqların düşməsi nəticəsində qeydə alınıb".

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri