Icma.az
close
up
RU
Hər 8 nəfərdən 1 i obezdir

Hər 8 nəfərdən 1 i obezdir

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada hər 8 nəfərdən 1-i piylənmədən əziyyət çəkir.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, yetkinlər arasında artıq çəki 1990-cı ildən bəri təxminən iki dəfə artıb.

Belə ki, piylənmə, həddindən artıq yağ yığılması ilə müəyyən edilən xroniki və mürəkkəb bir sağlamlıq problemi olaraq təyin edilir.

ÜST bədən kütləsi indeksinin 25-dən yuxarı olmasını artıq çəki, 30-dan yuxarı isə piylənmə hesab edir.

Bildirilib ki, piylənmə 2-ci tip diabet və ürək xəstəlikləri riskini artırır, sümük sağlamlığına və məhsuldarlığına mənfi təsir göstərə bilər, bəzi xərçəng növləri riskini artırır, yuxu pozğunluğuna və ya hərəkətliliyin azalmasına səbəb olur və həyat keyfiyyətinə mənfi təsir göstərir.

Əvvəllər yüksək gəlirli ölkələrin problemi hesab edilən artıq çəki və piylənmə aşağı və orta gəlirli ölkələrdə də artmaqdadır.

ÜST-nin 2022-ci il məlumatlarına görə, dünyada 18 və daha yuxarı yaşda olan 2,5 milyard yetkin artıq çəkidən, 890 milyondan çoxu isə piylənmədən əziyyət çəkir.

5 yaşa qədər uşaqların təxminən yarısı Asiyada yaşayır ki, burada 5-19 yaşlı 390 milyondan çox uşaq və yeniyetmə artıq çəkidən əziyyət çəkir.

Qlobal piylənmə nisbətləri qızlar arasında 1,7 faizdən 6,9 faizə, oğlanlar arasında isə 2,1 faizdən 9,3 faizə yüksəlib.

ÜST-nin məlumatına görə, heç bir həll tapılmasa, artıq çəki və piylənmənin qlobal xərclərinin 2030-cu ilə qədər ildə 3 trilyon dollardan çox, 2060-cı ilə qədər isə 18 trilyon dollardan çox olacağı proqnozlaşdırılır.

ÜST-ə görə, artıq çəki, piylənmə və bununla bağlı qeyri-infeksion xəstəliklər əsasən qarşısı alına bilən və idarə oluna bilən xəstəliklərdir.

Fərdlər həyat dövrünün hər bir mərhələsində profilaktik müdaxilələri qəbul etməklə risklərini azalda bilərlər.

ÜST illərdir qlobal piylənmə böhranının təcili müdaxiləyə ehtiyacı olduğunu bəyan edir.

2022-ci ildə keçirilən 75-ci Ümumdünya Səhiyyə Assambleyasında üzv ölkələr piylənmənin qarşısının alınması və idarə olunması üçün yeni tövsiyələr qəbul edib və piylənmənin dayandırılması üçün ÜST-nin Sürətləndirmə Planını təsdiq ediblər.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri