Icma.az
close
up
RU
Hər ay kredit ödəyirəm, amma borcum niyə azalmır?

Hər ay kredit ödəyirəm, amma borcum niyə azalmır?

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda kredit müqavilələrinin çoxunda borcun azalmaması ilə bağlı şikayələtin çoxluğu müşahidə olunur. Müştəri hər ay müəyyən miqdar kredit ödəyir, lakin iki il sonra da əsas borc demək olar ki, ciddi dəyişmir. Çünki ilkin mərhələdə ödəmələrin böyük hissəsi faizlərə yönəlir.

Bəs borc niyə azalmır? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib: 

"Tətbiq edilən bu kredit ödənişi üsulunun adı "Annuitet metod"dur. Bu metod banklar tərəfindən ən çox istifadə edilən gəlir optimallşdırma alətidir. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, aylıq ödənişlər sabit olur, lakin bu sabit məbləğin içində faizin və əsas borcun payı zamanla dəyişir. İlk aylarda bu sabit məbləğin çox böyük hissəsi faiz olur, əsas borc isə minimal miqdarda azalır. Zaman keçdikcə faiz yükü azalır, əsas borcun payı artır. Səbəb sadədir: faiz kreditin qalıq məbləği üzərindən hesablanır və kreditin əvvəlində bu məbləğ ən yüksək həddə olur. Məsələn, 5 illik kreditin ilk 18 ayında, ümumi ödənişlərin 60-70%-i faizlərə gedə bilər.

Bu metod bankların sevimli metodudur. Çünki bankın riskini başlanğıcda minimuma endirir. Müştəri kreditin ilk illərində əsas borcu az, faizi isə yüksək ödədiyi üçün bank ilkin dövrdə maksimum gəlir əldə edir. Kredit vaxtından əvvəl bağlansa belə, bank artıq əsas gəliri yığmış olur, Beləliklə, gecikmə və ya defolt riski yarananda belə bank artıq faiz payını çıxarmış olur".

Bəs müştəriyə təqdim etmək üçün alternativ metodlar mövcuddurmu?

Ekspert qeyd edib ki, ən çox alternativ metod kimi istifadə edilə bilən, amma bank üçün əlverişli olmayan metod "differsial metod"dur. Bu metodda əsas borc aylar üzrə bərabər hissələrə bölünür. Faiz isə qalan əsas məbləğə tətbiq olunur, Buna görə də əvvəlki aylarda ümumi ödənişlər yüksək olur, sonra azalır.

Bu metodda ilk aylar yük çox olsa da, müştəri ümumilikdə daha az faiz ödəyir, Bank isə gəlirini tədricən əldə etdiyi üçün qısa müddətli qazanc imkanlarını itirir. Məhz bu səbəblə diferensial metod Azərbaycanda və digər inkişaf edən ölkələrdə nadir hallarda təklif olunur. Yəni bu sadəcə bizim bankların yanaşması deyil. ABŞ, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə çox geniş yayılıb. Amma Rusiyada differensial metod da geniş yayılıb.
"Hesab edirəm ki, müştəriyə seçim imkanının verilməsi daha ədalətli olardı. Yəni kredit müqaviləsi imzalanmadan əvvəl həm annuitet, həm diferensial metodla hazırlanmış ödəniş cədvəlləri müştəriyə təqdim olunmalı, aralarındakı fərq izah edilməlidir. Hətta annuitet metodla aparılan ödənişlərdə belə kreditin erkən bağlanması zaman müştəriyə güzəşt tətbiq edilməlidir".

Aysel Əkbər
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 May 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri