Icma.az
close
up
RU
Hər ay kredit ödəyirəm, amma borcum niyə azalmır?

Hər ay kredit ödəyirəm, amma borcum niyə azalmır?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda kredit müqavilələrinin çoxunda borcun azalmaması ilə bağlı şikayələtin çoxluğu müşahidə olunur. Müştəri hər ay müəyyən miqdar kredit ödəyir, lakin iki il sonra da əsas borc demək olar ki, ciddi dəyişmir. Çünki ilkin mərhələdə ödəmələrin böyük hissəsi faizlərə yönəlir.

Bəs borc niyə azalmır?

News24.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:

"Tətbiq edilən bu kredit ödənişi üsulunun adı "Annuitet metod"dur. Bu metod banklar tərəfindən ən çox istifadə edilən gəlir optimallşdırma alətidir. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, aylıq ödənişlər sabit olur, lakin bu sabit məbləğin içində faizin və əsas borcun payı zamanla dəyişir. İlk aylarda bu sabit məbləğin çox böyük hissəsi faiz olur, əsas borc isə minimal miqdarda azalır.

Zaman keçdikcə faiz yükü azalır, əsas borcun payı artır. Səbəb sadədir: faiz kreditin qalıq məbləği üzərindən hesablanır və kreditin əvvəlində bu məbləğ ən yüksək həddə olur. Məsələn, 5 illik kreditin ilk 18 ayında, ümumi ödənişlərin 60-70%-i faizlərə gedə bilər.

Bu metod bankların sevimli metodudur. Çünki bankın riskini başlanğıcda minimuma endirir.

Müştəri kreditin ilk illərində əsas borcu az, faizi isə yüksək ödədiyi üçün bank ilkin dövrdə maksimum gəlir əldə edir. Kredit vaxtından əvvəl bağlansa belə, bank artıq əsas gəliri yığmış olur, Beləliklə, gecikmə və ya defolt riski yarananda belə bank artıq faiz payını çıxarmış olur".

Bəs müştəriyə təqdim etmək üçün alternativ metodlar mövcuddurmu?

Ekspert qeyd edib ki, ən çox alternativ metod kimi istifadə edilə bilən, amma bank üçün əlverişli olmayan metod "differsial metod"dur. Bu metodda əsas borc aylar üzrə bərabər hissələrə bölünür. Faiz isə qalan əsas məbləğə tətbiq olunur, Buna görə də əvvəlki aylarda ümumi ödənişlər yüksək olur, sonra azalır.

Bu metodda ilk aylar yük çox olsa da, müştəri ümumilikdə daha az faiz ödəyir, Bank isə gəlirini tədricən əldə etdiyi üçün qısa müddətli qazanc imkanlarını itirir. Məhz bu səbəblə diferensial metod Azərbaycanda və digər inkişaf edən ölkələrdə nadir hallarda təklif olunur. Yəni bu sadəcə bizim bankların yanaşması deyil. ABŞ, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə çox geniş yayılıb. Amma Rusiyada differensial metod da geniş yayılıb.

"Hesab edirəm ki, müştəriyə seçim imkanının verilməsi daha ədalətli olardı. Yəni kredit müqaviləsi imzalanmadan əvvəl həm annuitet, həm diferensial metodla hazırlanmış ödəniş cədvəlləri müştəriyə təqdim olunmalı, aralarındakı fərq izah edilməlidir. Hətta annuitet metodla aparılan ödənişlərdə belə kreditin erkən bağlanması zaman müştəriyə güzəşt tətbiq edilməlidir". (Milli.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyul 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri