Icma.az
close
up
RU
“Hər bir festivalın seçim komitəsi filmləri öz meyarlarına uyğun qiymətləndirir və tələblərə cavab verən ekran işləri nümayiş üçün qəbul olunur”

“Hər bir festivalın seçim komitəsi filmləri öz meyarlarına uyğun qiymətləndirir və tələblərə cavab verən ekran işləri nümayiş üçün qəbul olunur”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Tanınmış aktyor Sənan Əlləz öz sosial şəbəkə səhifəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) müraciət edərək narazılığını bildirib. Aktyor qeyd edib ki, Mədəniyyət Nazirliyi və ARKA dayanmadan xarici ölkələrdə kino günləri və kino ilə bağlı tədbirlər keçirir, amma xaricdə filmə çəkilən çox az sayda aktyor var ki, onlar tədbirlərdə görünmür.

“Bu il Tiflisdə kino ilə bağlı tədbir keçirildi. Mən 2016-cı ildə Gürcüstanda baş rolda çəkilmişəm. Təbii ki, mənimlə bərabər digər aktyor həmkarlarım da çəkilib. Niyə bu filmdən heç kim ora dəvət olunmadı? Daha sonra Türkiyədə tədbirlər oldu. "Qorqud ata" festivalı və digər kino ilə bağlı görüşlər, tədbirlər və s. Niyə bu gün Azərbaycanda görünən, əsas işi olan aktyorları aparmırsınız? 1 ay əvvəl ARKA-dan zəng etdilər ki, Türk dünyasında çəkilən aktyor kimi adınızı qeyd edirik. Amma bir az keçdi və nəticə heç nə. Noyabrın 12-dən Daşkənddə Azərbaycan kino günləri keçirilir. Mənə özbək rejissor dostum zəng edib ki, “niyə yoxsan? Axı, müstəqil Azərbaycan tarixində Özbəkistanda çəkilən hələki yeganə aktyor sənsən. Qeyd edim ki, 2025-ci ildə, yəni, bu il mən Özbəkistanda "Cənab prokuror" filmində baş rolda çəkildim, bir də qeyd edim ki, özbək rolunu ifa etdim. Filmin rejissoru Rüstəm Saqdiyev, ssenari müəllifi Nadir Şəmsdir. İndi soruşuram, sizcə mən Azərbaycan kino günlərində iştirak etməyə layiq deyiləm?”, – deyə Sənan Əlləz bildirib.

Müxtəlif ölkələrdə keçirilən Azərbaycan kino günləri və beynəlxalq kino tədbirlərində xarici ölkələrdə, xüsusilə baş rollarda çıxış etmiş azərbaycanlı aktyorların iştirakı niyə nəzərə alınmır?Bu istiqamətdə şəffaf yanaşma təmin ediləcəkmi?

Yaranan suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, aktyorların və yaradıcı heyətin iştirakı, yalnız müvafiq filmin həmin festivalda qeydiyyatı, rəsmi müraciətlərin edilməsi və filmə dəvət göndərilməsi əsasında mümkün olur: “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan kino günləri və beynəlxalq festivallarda iştirak prosesi yalnız filmlərin həmin festivallara müstəqil qaydada təqdim olunması və seçim mərhələsindən keçməsi əsasında həyata keçirilir. Hər bir festivalın seçim komitəsi filmləri öz meyarlarına uyğun qiymətləndirir və yalnız həmin tələblərə cavab verən ekran işləri nümayiş üçün qəbul olunur. Bu səbəbdən festivallarda aktyorların və yaradıcı heyətin iştirakı, yalnız müvafiq filmin həmin festivalda qeydiyyatı, rəsmi müraciətlərin edilməsi və filmə dəvət göndərilməsi əsasında mümkün olur. Bu prosedurun festivallar tərəfindən müəyyən edildiyini nəzərə almağınızı rica edirik”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri