“Hər bir ölkənin iqlim dəyişikliyi ilə mübarizədə iştirakına ehtiyacımız var”
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda keçirilən COP29 iqlim konfransında ölkələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) ambisiya nümayiş etdirməlidirlər.
Gununsesi.info xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi Celeste Saulo bildirib.
“Bütün dünyanın burada öz rolunu oynaması lazımdır. Bu təkcə qlobal şimal və ya qlobal cənuba aid deyil, bu, kollektiv səydir. Buna görə də hər bir ölkənin iqlim dəyişikliyi ilə mübarizədə iştirakına ehtiyacımız var. Ümid edirik ki, inkişaf etməkdə olan dünyanın ədalətli enerji keçidinə nail olmaq üçün ehtiyac duyduğu əsas maliyyələşdirmə ilə bağlı razılıq əldə olunacaq”, – o qeyd edib.
ÜMT-nin Baş katibi qlobal temperatur artımının 1,5°C səviyyəsində məhdudlaşdırılmasına nail olmaq məsələsində nikbinlik ifadə edib:
“Hamımız bu məsələdə nikbin olmalıyıq, çünki bu həddin aşıldığı bir dünyada yaşamaq bizə xoş gəlməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















