Icma.az
close
up
RU
Mədəni müxtəliflik hər ölkənin zənginliyidir

Mədəni müxtəliflik hər ölkənin zənginliyidir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Dünyada vəziyyət necədir?

Hər bir dövlət özünün coğrafiyasına, tarixinə və tərkibində yaşayan insanların həyat tərzinə, ictimai xüsusiyyətlərinə uyğun quruluşa sahibdir. Siyasi, coğrafi, tarixi, dini və dil kimi amillər dövlətləri bir-birindən fərqləndirir. Bu baxımdan qarşımıza müxtəlif və fərqli mədəniyyətlərin bir yerdə yaşadığı multikultural cəmiyyətlər çıxır.

Tolerantlıq sadəcə başqa mədəniyyətlərin qəbulu deyil!

Multikultural cəmiyyətin, mühitin əsas dayaqlarından biri də fərqli mədəniyyətlərin bir-birinə qarşı tolerant münasibətidir. Lakin bir şeyi dəqiq bilməliyik ki, tolerantlıq sadəcə başqasının və ya başqa mədəniyyətin kor-koranə şəkildə qəbulu deyil. Tolerantlıq müxtəlif mədəniyyətlərin öyrənilməsi, onunla mübadilə aparılması və qavranılmasıdır. Haqqında böyük ümidlərlə danışdığımız qloballaşmanın bütün dünyanı əhatə etməsi müxtəlif və fərqli mədəniyyətlərin bir-birini qavramasından irəli gəlir.

“Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannamə

Etiraf edək ki, hazırda dünya mədəniyyətini müxtəlif amillər təhdid edir. Bir halda milli özünəməxsusluğun həddinən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir. Üçüncü halda isə praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəzən də tamamilə yox olur.

Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsinin qəbul olunmasını zəruri edib. Bundan başqa, hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilib.

Dünyada vəziyyət...

ABŞ geniş mədəni müxtəlifliliyinə görə tanınır. Dünyanın hər yerindən insanlar buraya öz adət və ənənələrini gətirərək köçüblər. Bu müxtəliflik mətbəxdə, festivallarda və ölkədə danışılan dillərdə özünü göstərir.

Hindistanda 2000-dən çox fərqli etnik qrup var. İsveçdə isə son illər mədəni müxtəliflik daha çox inkişaf edib. Ölkə bərabərlik və tolerantlığa önəm verməsi ilə tanınır.

Braziliyada yerli, Afrika, Avropa və Asiya təsirlərini birləşdirən mədəniyyətlər üstünlük təşkil edir. Bu müxtəliflik onun musiqisi, rəqsi və dini təcrübələrində özünü göstərir.

Mədəni müxtəlifliyin Azərbaycan nümunəsi

Müasir dövrdə Azərbaycan cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Bu sahədə ölkəmiz böyük nailiyyətlər əldə edib. Əsas göstərici olaraq ölkəmizdə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını qeyd edə bilərik.

Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk edərək, daha çox həmrəyliyin bərqərar olmasına cəhd göstərir. Tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə tolerantlıq nümunəsi olması aşkar reallıqdır.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri