“Hər bir qadın öz gücünə inansın” Leyla Əliyeva
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 ilə bağlı təəssüratlarını “Hürriyet”lə bölüşüb.
“Qafqazinfo”nun məlumatına görə, o, COP31-in gedişatından son dərəcə məmnun qaldığını bildirib.
“Təşkilatçılıq həqiqətən möhtəşəmdir. Hər kəsin böyük həvəs və ürəklə çalışdığını görürəm. Məncə, ən vacib məqam da məhz budur. Hər şey sevgi və xüsusi diqqətlə həyata keçirilir. Düşünürəm ki, hər kəs özünü bu prosesin bir hissəsi hesab edir. Çünki təbiəti qorumaq istəyiriksə, hamımızın təbiətin bir parçası olduğumuzu anlamalıyıq. Həmçinin hər kəsin böyük dəyişiklik yarada biləcəyini dərk etməsi çox vacibdir”, - L.Əliyeva vurğulayıb.
O həmçinin Antalyada açılan Sıfır Tullantı Muzeyini də ziyarət edib.
“Sıfır Tullantı Muzeyini ziyarət etdik və həqiqətən çox təsirləndik. Ümid edirəm ki, bu layihə çərçivəsində Azərbaycanla daha sıx əməkdaşlıq ediləcək. Görülən işlər möhtəşəm və həqiqətən heyrətamizdir. Türkiyənin həm ölkə daxilində, həm də dünyanın müxtəlif bölgələrində, o cümlədən Afrikada həyata keçirdiyi fəaliyyətlərə görə minnətdaram”, - o qeyd edib.
Leyla Əliyeva qadınlara da müraciət edərək onları öz güclərinə inanmağa çağırıb: “Qadınlar dünyamıza sevgi və gözəllik qatır. Arzu edirəm ki, hər bir qadın öz gücünə inansın. Qəlbindəki işığı heç bir şey söndürməsin”.
Baxış sayı:39
Bu xəbər 16 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















