Icma.az
close
up
RU
Hər bir qadının yaşamaq, sevmək, yenidən ailə qurmaq, hətta yenidən ana olmaq hüququ var...

Hər bir qadının yaşamaq, sevmək, yenidən ailə qurmaq, hətta yenidən ana olmaq hüququ var...

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Qadın hüquqları ilə bağlı növbəti yazıma başlamaq istəyirdim ki, səhər tezdən belə bir xəbərlə qarşılaşdım: "Şüvəlanda 20 yaşlı gənc, 1985-ci il təvəllüdlü anasının boynunu sındıraraq öldürüb, anasının sevgilisinə də bıçaqla xəsarət yetirib. Bəlkə də bu xəbər bir çoxunun qanını coşdurur. “Yaxşı edib öldürüb” deyənlər də olacaq...

Azərbaycan bəlkə də yeganə ölkələrdəndir ki, qadın ana olduqdan sonra öz şəxsi həyatını bir kənara atıb, bütün həyatını övladlarına həsr etməlidir. Qadın ana olduqdan sonra sevə bilməz, sevgili ola bilməz, qadının seksual həyatı ola bilməz.

Qadın ana oldusa, boşandısa və ya həyat yoldaşı vəfat etdisə, başını aşağı salıb, taleyi ilə barışıb, uşaqlarını böyütməli, onlar üçün yaşamalı və ölümünü gözləməlidir ki, nə vaxtsa vaxtı çatacaq və o, bu dünyadan gedəcək.

Çox maraqlı yanaşmadır, amma Azərbaycanda kişilər üçün vəziyyət eyni deyil. Boşanan, həyat yoldaşı vəfat edən, hətta evli kişilərin belə sevgililəri ola bilər. Maraqlısı budur ki, kimsə onlara “gözün üstə qaşın var” demir.

Sanki qadın ikinci dərəcəli varlıqdır, sanki qadının vəzifəsi sadəcə uşaq dünyaya gətirmək və qalan ömrünü onu böyütməyə həsr etməkdən ibarətdir.

Sanki qadın, insan deyil. Qadın ana olduqdan sonra bütün duyğularını düyünləyib atmalıdır, sadəcə övladı üçün yaşamalıdır. Sonra da övladı yaxşı çıxsa, onsa sahib çıxacaq. Yaxşı çıxmasa da, ömrünü ya qocalar evində başa vurmalıdır, ya da...

Heç də adil yanaşma deyil. Qadınlar kimisə sevə bildikləri üçün öldürülməli deyillər. Əgər ana övladına sahib çıxıb, onu böyüdürsə, eyni zamanda öz həyatını da yaşamağa haqqı olmalıdır. Çünki həyat ana olmaqla bitmir. Biz də qadınıq, duyğularımız, hisslərimiz var.

Çıxıb heç kim də deməsin: “qədimdə analarımız”... Dediyiniz kimi o dövr keçmişdə qalıb.

“Tütək səsi” filmini yəqin ki, xatırlayırsınız. Ssenari müəllifi İsa Hüseynov, rejissor Rasim Ocaqov olan “Tütək səsi” filmində Sayalının nakam məhəbbətindən söz açılır. İki dostun Cəbrayılla, Muxtarın sevdiyi Sayalı Muxtarla evlənir. Aradan 20 il keçsə də Cəbrayıl öz sevgisindən dönmür, gözləyir, evlənmir. Müharibəyə könüllü şəkildə gedən Muxtarın qara xəbəri gəlir. Ancaq Cəbrayıl başından yaralandığı üçün onu müharibəyə aparmırlar. Muxtarın ölüm xəbər gəldikdən sonra, Cəbrayıl artıq hisslərini gizləmir, Sayalıya evlilik təklifi edir. Sayalı öncə iki oğul anası olduğu üçün çəkinsə də, sonradan bu sevgiyə cavab verir. Hər şey Sayalının Cəbrayılın sevgisinə müsbət cavab verməsindən sonra başlayır. Bütün kənd Sayalıya, Cəbrayıla düşmən kəsilir. Hətta evləndikləri gün güzgü parçalanır və Sayalı çox qorxur, bu hadisəni lənət kimi dəyərləndirir. Bu evliliyi, bu sevgini Sayalının uşaqları Tapdıq və Cümrü qəbul etmək istəmir. Düzdür, indikindən fərqli olaraq, onlar Sayalını öldürmürlər, amma mənəvi tərəfdən ondan imtina edirlər.

Görünən odur ki, İsa Hüseynov yaşadığı dövrdəki qadınların həyatını, insanların sevgiyə olan münasibətini, övladların anaya olan davranışlarını aqressiv şəkildə göstərmək istəməyib. Amma ta qədim dövrdən, Azərbaycanda qadının həyat yoldaşı vəfat etdisə və ya qadın boşandısa, belə bir yazılmayan qanun var ki, qadının şəxsi həyatı olmamalıdır. Məhz bu səbəbdən yüzlərlə, minlərlə qadın öldürülüb.

Azərbaycanda qadın hüquq müdafiəçiləri də qadın hüquqları ilə bağlı maarifləndirmə işləri aparanda maraqlısı budur ki, qadınlar arasında aparırlar. Həyata keçirilən layihələrin toplantıları ilə bağlı fotolar sosial şəbbəkələrdə zaman-zaman yer alır. Hansısa bir bölgə üzrə maarifləndirmə aparılırsa, bu mövzular kişilər arasında aparılmalıdır. Kişilərə izah edilməlidir ki, nə olursa-olsun qadının şəxsi həyatı var və olmalıdır. Bizdə isə əksinə qadın hüquq müdafiəçiləri, məsələnin son mərhələsinə daha çox diqqət verir. Ya qapısını zorakılığa məruz qalan qadınlar üzünə açır, ya da qadınlar qətlə yetirildikdən sonra çıxıb qətli törədənə cəza istəyirlər. Əslində maarifləndirmə olmalıdır. İzah edilməlidir ki, hər bir qadının yaşamaq, sevmək, yenidən ailə qurmaq, hətta yenidən ana olmaq hüququ var.

Həyat bir kişidən ayrılmaqla, boşanmaqla bitmir. Həyat ana olmaqla bitmir, başlayır. Bunu cəmiyyətə izah edən sosial işçilər, psixoloqlar olmalıdır.

Xatırlayıram; əvvəllər təklif edilirdi ki, məhəllələr üzrə sosial işçilər olmalı, ailələrdəki problemləri öyrənməli və lazımi qurumlara məlumatlar verməlidir. Belə hesab edilirdi ki, bu işçilərin olması qadın qətllərinin və ailədaxili zorakılığın qarşısını alacaq.

Təəssüf olsun ki, hər sahədə olduğu kimi qadın hüquqlarının qorunmasında ciddi boşluqlar var.

Qadınlar öldürülür, qadınlar şantaj edilir... Qarşısını alan da yoxdur. Hüquq-mühafizə orqanlarını sadəcə son nəticə maraqlandırır.

Hesab edirəm ki, qadın hüquq müdafiəçiləri çıxıb TV-lərdə ağıllı-ağıllı danışmaq yerinə, bu sahədə ciddi addımlar atsalar, layihələr həyata keçirsələr, bəlkə az da olsa problemin qarşısı alınmış olar...

Azad bir qadın və ya ailəsində başçı olmayan bir ana kimisə sevə bildiyinə görə, yenidən ailə düşündüyünə görə niyə öldürülməlidir ki?

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri