Icma.az
close
up
RU
II Qaregin həbs oluna bilər

II Qaregin həbs oluna bilər

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Ermənistan Baş naziri Nikol Paşinyanın əsas hədəfi katolikos II Qaregindir”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Ekspertin fikrincə, Ermənistanda din adamlarının həbsi ilə kilsəyə qarşı davam edən kampaniya II Qareginə qədər gedəcək.

“Artıq bu gün üç yepiskop həbsdədir. Rəsmi media qurumlarında dərc olunan səsyazısı və prosesin məntiqindən də aydın olur olur ki, növbəti addımda bütün ermənilərin katolikosu (II Qaregin) bu prosesin əsas hədəfinə çevrilə bilər. Həbsinə yol aça biləcək ittiham irəli sürərək və ya bununla hədələyərək onu istefaya məcbur edə bilərlər”, – Surenyants qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl dəfələrlə subaylıq andını pozmaqda ittiham etdiyi II Qaregini könüllü şəkildə istefa verməyə çağırıb.

Ermənistan İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan mediada yayılan və II Qareginə qarşı cinayət işi başladıldığı barədə məlumatlara münasibət bildirib.

Onun sözlərinə görə, internetdə yayılan səsyazısı ilə bağlı cinayət işi başlanıb, amma bu iş şəxsə qarşı deyil, fakt üzrə aparılır: “Artıq şərh etdiyim kimi, internetdə yayılan səsyazısı ilə bağlı qəbul edilən məlumat əsasında cinayət işi başlanıb”.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndi üzrə açılıb.

Bu maddə aşağıdakılara aiddir:

– Hakimiyyət və ya xidmət səlahiyyətlərindən istifadə edərək icazəsiz toplantı keçirməyə və ya ona qatılmağa mane olmaq və ya məcbur etmək, həmçinin toplantıya qatılmağa və ya qatılmamağa maddi təşviq göstərmək.

Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovannisyan və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səsyazısı yayılıb. Səsyazısından belə anlaşılır ki, II Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə əlaqədar üç yüksək vəzifəli din adamı həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri