Icma.az
close
up
RU
Mateuş Koxalski: “Atletik”lə səfərdə oynasaq da, istəyimizə çatacağıq” MÜSAHİBƏ

Mateuş Koxalski: “Atletik”lə səfərdə oynasaq da, istəyimizə çatacağıq” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq”.

Bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdiniz. Əzmkar qələbəni necə şərh edərdiniz?

- İlk hissədə elə də yaxşı çıxış etmədik. Lakin fasilədən sonra toparlandıq və daha yaxşı oynadıq. Bunun da nəticəsində qələbə qazandıq, istəyimizə çatdıq və vacib 3 xal əldə etdik. Bu nəticəyə görə çox xoşbəxtəm.

- Fasilədə nə dəyişdi ki, “Qarabağ” ikinci hissədə üstünlüyü tam ələ aldı?

- Baş məşqçimiz iki əvəzetmə etdi. Bu da oyunumuzu dəyişdi. Üstəlik, fasilədə bizimlə söhbət də etdi. Komandanı daha da çox motivasiya etdi və bütün bunlar bizə müsbət təsir göstərdi. Özünüz də gördünüz ki, ikinci hissədə meydanda çox yaxşı “Qarabağ”a var idi.

- Deyə bilərik ki, “Qarabağ” “Atletik”lə oyuna hazırdır?

- “Qarabağ” hər zaman hazırdır. İstər ölkə çempionatının oyunu olsun, istər Çempionlar Liqasının.

- Necə düşünürsünüz, “Qarabağ” ÇL-dəki uğurlu çıxışını çətin İspaniya səfərində də davam etdirə biləcək?

- Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq. Güclü komanda olduğumuzu sübut etmişik. Göstərmişik ki, hər matçda qələbə qazanmağa qadirik. “Atletik”lə görüşdə də o cümlədən. İnanırıq ki, səfərdə oynasaq da, istəyimizə çatacağıq.

- Deyilənə görə, “Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ”a çox qol vurmalarını arzulayır...

- Buna bənzər fikirləri “Benfika”nın da, “Kopenhagen”in də baş məşqçisi demişdi. Onlar da bizə çox qol vurmaq istəyirdilər. Axırı nə oldu? Oyundan öncə çox adam çox şey deyə bilər. Əsas nə olacağını oyunda görəcəyik.

- Xarici mətbuatda Dortmund “Borussiya”sının sizinlə maraqlandığı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Bu xəbəri şərh edə bilmərəm. Elə mən də ancaq yazılanları oxumuşam. Başqa heç bir məlumatım yoxdur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri