Icma.az
close
up
RU
Hər bir təşəbbüs strateji hədəflərə yönəlib

Hər bir təşəbbüs strateji hədəflərə yönəlib

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Qloballaşan dünyada milli kimliyin qorunması, tarixi köklərə bağlılıq xalqların mövcudluğu baxımından strateji əhəmiyyət daşıyır. Yeni dünya düzənində türk birliyi, türkdilli dövlətlərin yaxınlaşması və əməkdaşlığı təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir. Türk Dövlətləri Təşkilatı bu tarixi missiyanın təmin olunması baxımından olduqca funksional təsir bağışlayır. Bildiyimiz kimi 07 oktyabr 2025-ci il tarixində Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirilmişdir.

Məlumat üçün qeyd etməliyik ki, ortaq tarix, dil və mədəniyyət kimi 3 əsas sütun üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı ilk yarandığı zaman 4 üzv ölkəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda bu gün artıq təşkilatda 5 üzv və 3 müşahidəçi türk dövləti var. Xüsusi olaraq qeyd etməliyik ki, son illərdə Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilməkdədir. Qəbələ şəhərində keçirilmiş son Zirvə görüşü 200 milyona yaxın insanı əhatə edən böyük bir coğrafiya üçün əhəmiyyətli hadisədir. Dünyanın geosiyasi vəziyyətində dünyada mövcud olan türk dövlətlərinin vahid təşkilatda birləşməsi olduqca vacibdir. Bu təşkilat bütün türk dövlətlərinin bir-birinə yaxınlaşmasını və birliyini təmsil edir.
Qəbələdə keçirilmiş möhtəşəm tədbir eyni zamanda Türk dünyasının birliyinə mühüm töhfə vermiş oldu. Eyni zamanda belə bir möhtəşəm tədbirin eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Xüsusi olaraq vurğulamalıyıq ki, keçirilmiş bütün görüşlər türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə əlavə stimul verir. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesindən və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və abadlıq işlərinə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin verdiyi töhfələrdən bəhs edərək öz minnətdarlığını bildirdi. Cənab Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”. Bu baxımdan ölkəmiz ilə türk dövlətləri arasında bütün sahələri əhatə edən qarşılıqlı münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Xüsusilə iqtisadi münasibətlərimiz dövlətlərimizin milli mənafelərinə uyğun olaraq dərinləşməkdədir.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malik olan nəqliyyat və kommunikasiya əlaqələrinə də toxunaraq qeyd etdi ki, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika mühüm yer tutur. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Dövlətimizin başçısı Vaşinqton görüşündə əldə olunan sülh razılaşmasına da toxunaraq xüsusi vurğuladı ki, Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Qəbələdə keçirilən Zirvə görüşünün digər mühüm məqamlarından biri isə dövlət başçıları tərəfindən 12-ci Zirvə Görüşünün Bəyannaməsinin imzalanması oldu. İmzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da gücləndirilməsində stimul olacaqdır.
Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə əməkdaşlıq xarici siyasətimizin əsas istiqamətlərindən birini təşkil etməkdədir. Bu münasibətlərdə diqqətçəkən məqam həm də odur ki, türkdilli ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin mənafeləri nəzərə alınır, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq məsələsi hər zaman önə çəkilməkdədir. İnanırıq ki, yüksələn xətlə inkişaf edən bu münasibətlər Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının rifahının yüksəldilməsinə xidmət etməklə regionumuzda sülh və sabitliyin davamlı olmasına təkan verəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri