Icma.az
close
up
RU
Hamiləlikdə leptin tarazlığı: qadınlar nəyə diqqət etməlidirlər?

Hamiləlikdə leptin tarazlığı: qadınlar nəyə diqqət etməlidirlər?

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

Hamilə qadınlarda leptin hormonunun səviyyəsinin normada saxlanması çox vacibdir.
"Operativ Media" xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim mama-ginekoloqu Şölə Səfərova bildirib.

Onun sözlərinə görə, “Toxluq hormonu” olaraq bilinən leptin adipositlərdə sintez olunan hormondur və bədən çəkisinin idarə olunmasında əhəmiyyətli rol oynayır. Çünki leptin bədənin enerji balansını tənzimləyən əsas hormonlardan biridir və hamiləlik dövründə bir çox funksiyalar üçün mühüm rola malikdir. Bu hormonun düzgün səviyyədə olması ana və körpənin böyümə və inkişafını təmin edir.
“Leptin hormonunun hamiləlik dövründə normadan aşağı və ya yuxarı olması bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu hormon hamilə qadınların enerji balansını tənzimləmək və dölün inkişafını dəstəkləmək üçün vacibdir. Hormonun səviyyəsinin balanssız olması həm ana, həm də uşaq üçün müxtəlif risklər yarada bilər. Leptin hamiləlik dövründə plasentanın inkişafına və körpənin böyüməsinə kömək edir”.
Həkim bildirir ki, bu hormon döldə endotel hüceyrələrdə, plasentada sinsitotrofoblastlarda sintez olunur. Hamiləlik zamanı leptin hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə dəyişir: “Belə ki, hamiləlik dövründə bu hormonun səviyyəsi yüksəlir, hamiləlikdən sonra isə aşağı enir. Yüksək leptin olarsa, şəkərli diabetli uşaqlarda iri döl, aşağı leptin olarsa, preeklampsiya və s. patologiyalarda dölün bətndaxili inkişaf ləngiməsi ola bilər”.
Şölə Səfərova hamilə qadınlara leptin səviyyələrinin normada saxlanması üçün bir sıra qaydalara riayət etməyi tövsiyə edir:
“Bunun üçün hamilə qadınlar yaxşı pəhriz saxlamalı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmalı, yüksək kalorili, şəkərli və yağlı qidalardan çəkinməli, stresdən uzaq durmalıdırlar. Eyni zamanda yuxu müddətinə və keyfiyyətinə diqqət yetirmək, mütəmadi həkim nəzarətində olmaq məsləhətdir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 25 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri