Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Hər dövrün öz peşəsi...

Hər dövrün öz peşəsi...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2022–2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə peşə təhsilinin keyfiyyətini yüksəltmək, əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamaq və onların cəmiyyətə uğurlu inteqrasiyasını gerçəkləşdirmək qarşıya mühüm vəzifə kimi qoyulub. Bərdə Dövlət Peşə Təhsili Mərkəzində də bu məsələlərə daim həssaslıqla yanaşılıb. Tədris müəssisəsinin direktoru Samir Nəcəfov söhbət zamanı bildirdi ki, müasir standartlara tam cavab verən bu təhsil mərkəzinin yenidən qurulması və əsaslı modernləşdirilməsindən sonra açılışı 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

Həmin vaxtdan ötən müddət ərzində burada peşəkar bilik və bacarıqlara malik kadrların hazırlanması istiqamətində yüksək göstəricilər əldə edilib. Hazırda geniş infrastruktur bazasına malik mərkəzin əsas inzibati və tədris-istehsalat korpusu 5,64 hektar ərazini əhatə edir. Bundan əlavə, tələbələrin praktik hazırlığının təşkili məqsədilə rayonun Qarağacı kəndində 50 hektarlıq təlim-təsərrüfat sahəsi fəaliyyət göstərir. Mərkəzin maddi-texniki bazası – 18 təlim emalatxanası, 6 laboratoriya, 57 sinif otağı, 30 mindən artıq kitab fondu olan kitabxana, 380 yerlik akt zalı, qapalı və açıq idman meydançaları, eləcə də hər biri 96 yerlik qız və oğlan yataqxanaları müasir tələblərə tam cavab verir.

Cari tədris ilində mərkəzdə 42 ixtisas üzrə formalaşdırılmış 69 qrupda, ümumilikdə, 1108 tələbə təhsil alır. Qrupların 20-si yüksək texniki peşə, 48-i texniki peşə, biri isə ilk peşə təhsili səviyyəsi üzrə fəaliyyət göstərir. Hazırda 735 tələbə müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçir. Bərdə rayonunun yüksək aqrar potensiala malik olması nəzərə alınaraq mərkəzdə kənd təsərrüfatı istiqaməti üzrə kadr hazırlığına xüsusi diqqət yetirilir.

Burada aqroservis mütəxəssisi, baytar, heyvandarlıq üzrə texnik, laborant-mikrobioloq, geniş profilli traktorçu-maşinist və əmək bazarında yüksək tələbat duyulan digər ixtisaslar üzrə kadrlar hazırlanır. Eyni zamanda, tələbələrin nəzəri biliklərinin istehsalat mühitində praktik bacarıqlarla möhkəmləndirməsinə geniş imkan yaradan dual təhsil modelinin tətbiqinə üstünlük verilir. Burada qısamüddətli peşə hazırlığı proqramları da həyata keçirilir. Hazırda dərzi, dayə, laborant-mikrobioloq və kimyəvi analiz laborantı ixtisasları üzrə 94 müdavim təhsil alır.

Peşə Təhsili Mərkəzi indiyədək müxtəlif platformalarda uğurla təmsil olunub. Tədris müəssisəsinin Laçın rayonunda keçirilən Aqrar Biznes Festivalı çərçivəsində kənd təsərrüfatı ixtisasları üzrə hazırlanmış əl işləri, avadanlıq nümunələri nümayiş etdirilib. Bununla yanaşı, həmin festivalda aqrar sahə üzrə kadr hazırlığı, əmək bazarının tələblərinə uyğun peşə təhsilinin inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Bu ilin may ayında isə Bakı şəhərində keçirilən “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində mərkəzin nümayiş etdirdiyi kənd təsərrüfatı məhsulları ziyarətçilərin böyük marağına səbəb olub.

Sonda xatırladaq ki, mərkəzin direktoru Samir Nəcəfov bir müddət əvvəl Çin Xalq Respublikasının Sian şəhərində keçirilən 10-cu “Bir kəmər – bir yol” Peşə Təhsili Alyansının beynəlxalq mübadilə proqramında Azərbaycanın peşə təhsili sahəsində əldə olunan uğurlarını beynəlxalq auditoriyaya təqdim edib.

Vəli VƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri