Icma.az
close
up
RU
Hər fakültədən bir ulduz: Azərbaycan Universitetinin ilk “Ulduz tələbə”ləri

Hər fakültədən bir ulduz: Azərbaycan Universitetinin ilk “Ulduz tələbə”ləri

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Son illərdə beynəlxalq əlaqələrini genişləndirməyə davam edən, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıqlarını səmərəli şəkildə inkişaf etdirən, tədqiqat sahəsində mühüm yeniliklərə imza atan, nüfuzlu beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edən Azərbaycan Universiteti tələbələri üçün yaratdığı yeni imkanlar ilə də seçilir. Universitetin Elmi şurasının qərarı ilə 2025/2026-cı tədris ilinin payız semestrindən başlayaraq “Ulduz tələbə” adlı yeni layihənin tətbiqinə başlanılıb.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, “Ulduz tələbə” layihəsi universitetin üzərinə düşən sosial məsuliyyəti dərk edərək və təhsilalanların sosial rifahını yaxşılaşdırmaq siyasətinə uyğun olaraq, tələbələrin tədris prosesinə və ictimai fəaliyyətə olan marağının yüksəldilməsi, xüsusi istedadı ilə fərqlənən tələbələrin seçilməsi və tanıdılması məqsədilə həyata keçirilir. “Ulduz tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla rektorun əmri ilə təsdiqlənən və azı 5 üzvdən ibarət olan Münsiflər Heyəti tərəfindən tələbənin akademik göstəriciləri; elmi fəaliyyəti; sosial və ictimai fəaliyyəti, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətləri; xarici dil və rəqəmsal bacarıqları; intizam və nümunəvi davranışına görə seçilir. Layihə bakalavriat tələbələrinə şamil olunur.

Münsiflər Heyəti ilk “Ulduz tələbə”ləri artıq elan edib. Onlar Biznes və iqtisadiyyat fakültəsi üzrə Lamiyə Məmmədzadə, Humanitar və sosial elmlər fakültəsi üzrə Aynur Quliyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi üzrə isə Yunis Bədəlovdur. Lamiyə Məmmədzadə marketinq ixtisası üzrə IV kurs, Aynur Quliyeva tərcümə (ingilis dili) ixtisası üzrə III kurs, Yunis Bədəlov isə informasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbəsidir. Payız semestrinin “ulduz tələbə”lərinin statusu 5 ay müddətində qüvvədə olacaq və onlar hər ay 100 manat məbləğində təqaüd alacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri