Icma.az
close
up
RU
Hər gün 3 qram kifayətdir Qocalmanı ləngidir

Hər gün 3 qram kifayətdir Qocalmanı ləngidir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əvvəllər ancaq bodibilderlərin və peşəkar idmançıların rasionunda gördüyümüz kreatin artıq orta yaşlıların və yaşlıların da diqqət mərkəzindədir. Əzələləri bərkitdiyi, beyni itiləşdirdiyi və hormonları qaydaya saldığı deyilən bu qida əlavəsi ətrafında müzakirələr qızışsa da, ekspertlər hər kəsi tədbirli olmağa çağırır.
Demokrat.az xəbər verir ki, əslində kreatin bizə yad deyil, ət və balıq yeyərkən onu təbii yolla alırıq. Orqanizmimiz üçün bir növ enerji anbarı funksiyasını daşıyır. Amma yaş ötdükcə bu ehtiyat tükənir, nəticədə pilləkən çıxanda tez yoruluruq, əzələlərimiz boşalır, hətta bəzən yaddaşımız bizi yarıyolda qoyur. Aparılan son tədqiqatlar göstərir ki, az dozada kreatin qəbulu yüngül idman hərəkətləri ilə birləşəndə yaşlanmanın gətirdiyi fiziki zəifliyin qarşısını ala bilir.
İngiltərə Dietoloqlar Assosiasiyasının eksperti Semmi Gillin fikrincə, kreatindən möcüzə gözləmək lazım deyil. O bildirir ki, bu əlavə yalnız gündəlik 3–5 qramlıq qəbul və kiçik fiziki yüklənmələrlə birlikdə real effekt verir. Yəni sadəcə kreatin içib divanda oturmaqla əzələ kütləsini qorumaq mümkün deyil.
Maraqlıdır ki, bu maddə təkcə bədənə yox, həm də beyinə təsir edir. Xüsusilə yuxusuzluq, stres və zehni yorğunluq zamanı diqqəti toplamağa kömək etdiyi müşahidə olunub. Kanzas Universitetinin alimi Metyu Teylor isə kreatinin gələcəkdə Altsheymer xəstəliyinə qarşı istifadə oluna biləcəyini istisna etmir. Lakin o da əlavə edir ki, bu barədə qəti danışmaq üçün hələ çox erkəndir.
Qadınlar üçün də vəziyyət fərqlidir. Menopoz dövründə bədəndə kreatin səviyyəsi kəskin aşağı düşür, bu da sümüklərin və əzələlərin zəifləməsinə yol açır. Məhz bu mərhələdə qida əlavəsi xüsusi əhəmiyyət kəsb edə bilər. Ümumilikdə təhlükəsiz sayılsa da, kreatin bəzən bədəndə su yığılmasına və yüngül çəki artımına səbəb olur. Böyrək və ya qaraciyərində problem olanlar isə həkimlə məsləhətləşmədən bu addımı atmamalıdırlar.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri