Icma.az
close
up
RU
Omeqa 3 yağ əlavəsi qocalmanı ləngidir

Omeqa 3 yağ əlavəsi qocalmanı ləngidir

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Omeqa-3” yağ əlavəsi qocalmanı ləngidir. Bu, rəsmi olaraq təsdiqlənib.

AzPost bildirir ki, yaşı 70-dən yuxarı olan 777 İsveçrə sakini üzərində aparılan sınaqlara görə, gündə cəmi bir qram “Omeqa” əlavəsi ömrü dörd ay uzadır.

Omeqa-3 qəbul edən hər kəsə daha uzun yaşamağa zəmanət verilir. Həmçinin onların xərçəng və yaşa bağlı xəstəliklərə tutulma riski az olur. Maksimum təsir üçün omeqa-3-ü D vitamini (2000 IU) ilə birləşdirmək, həmçinin həftədə üç dəfə fiziki məşqlər əlavə etmək tövsiyə olunur.

Omeqa-3 yağ turşularının geniş yayılan və balıq mənşəli növüdür. Qida əlavəsi kimi tanınan bu məhsul uzun karbon zəncirinə malik doymamış yağ turşuları qrupundan təşkil olunub. İnsan sağlamlığı üçün faydalı olan və yağ turşularının ən yaxşı mənbəyi hesab edilən Omeqa-3 balıq yağı əlavəsi tuna, siyənək, skumbriya kimi yağlı balıqlardan əldə olunan heyvan mənşəli yağ qrupuna daxildir.

Tərkibində yağ turşuları və D vitamini olan Omeqa-3 istehlak üçün olduqca faydalı sayılır. Otaq şəraitində saxlanılan və maye halda olan bu balıq yağı növü həkimlərin tövsiyəsi ilə bütün insanların, xüsusilə də uşaqların asanlıqla istehlak edə biləcəyi bir qida əlavəsidir.

Omeqa-3 insan orqanizminin bir sıra funksiyaları üçün vacib və zəruridir. Elmi araşdırmalar əsasında bu yağ turşularından istifadənin insanların bir çox xəstəliklərdən qorunmasında əhəmiyyətli rol oynadığı aşkarlanıb. D vitamini ilə zəngin olan Omeqa-3 balıq yağı növü sümüklərin möhkəmlənməsinə, qaraciyərin yağlanmasının qarşısının alınmasına müsbət təsir göstərməklə, ürək-damar sistemi xəstəliklərinin profilaktikasında əhəmiyyətli rol oynayır. Bu yağ turşuları qrupu xərçəngin qarşısının alınmasında, iltihabi proseslərin azalmasında və gözlərin sağlamlığının təmin olunmasında böyük rol oynayır. A vitamini ilə zəngin olan balıq yağı xüsusilə uşaqlarda gözlərin sağlamlığını qorumaqla yanaşı, onların görmə qabiliyyətini də gücləndirir. Həmçinin tərkibindəki zəngin maddələr kompleksi sayəsində uşaqların immunitetini gücləndirir və onları qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur. Nəticədə  Omeqa-3 uşaqlarda sağlam böyüməni və inkişafı  təmin edir. Eyni zamanda onların idrakının inkişafına və yetkinləşməsinə müsbət təsir göstərir.

Omeqa-3 balıq yağı uzun illərdir ki, insanlar tərəfindən istifadə olunan pəhriz qida əlavəsi növüdür. Bu yağ müxtəlif formalarda istehsal edilir. Ticarət obyektlərində bu balıq yağına kapsul və həblər formasında rast gəlinir. Uşaqlar üçün daha cəlbedici olması üçün bu yağ çeynənən gel şəklində də istehsal edilir. Bununla yanaşı, balıq yağı kapsulalarında olan yağın kalori dəyərinin qəbul etdiyimiz digər qidalarla müqayisədə çox olmadığı bildirilir. Buna görə də, hesab edilir ki, bu yağ insanlarda kökəlməyə səbəb olmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri