Icma.az
close
up
RU
Hər gün, yoxsa həftədə bir dəfə: Saçı nə qədər tez tez yumaq lazımdır?

Hər gün, yoxsa həftədə bir dəfə: Saçı nə qədər tez tez yumaq lazımdır?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Saçın nə qədər tez-tez yuyulmalı olduğu, həddindən artıq yumağın hansı problemlərə səbəb ola biləcəyi və saçın daha az yuyulmağa "öyrəşdirilməsi" ilə bağlı yayılan fikirlərin nə dərəcədə doğru olduğu dermatoloqlar tərəfindən izah edilib. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Prevention" nəşri yazır.

Mütəxəssislərin sözlərinə görə, hər kəs üçün keçərli olan vahid qayda yoxdur.

"Bir qayda hamıya uyğun gəlmir", deyə dermatoloq Ayfe C. Rodni bildirib.

Onun sözlərinə görə, saçın yuyulmasının əsas məqsədi saçda və baş dərisində toplanan çirk, piy və saç qulluq vasitələrinin qalıqlarını təmizləməkdir. Saçın kifayət qədər yuyulmaması kəpək, infeksiya və həddindən artıq yağlanma kimi problemlərə səbəb ola bilər.

Saçı nə qədər tez-tez yumaq lazımdır?

Dermatoloq Mona Qoharanın sözlərinə görə, əsas meyar baş dərisinin xüsusiyyətləridir.

Baş dərisi yağlı olan insanlar saçlarını daha tez-tez yumalıdırlar. Quru baş dərisinə malik şəxslər isə bunu daha seyrək edə bilərlər. Həmçinin saçda qulluq vasitələrinin yığılması, qaşınma və quru şampundan həddindən artıq istifadə saçın yuyulmasının vaxtının çatdığını göstərən əlamətlər hesab olunur.

İncə, düz və ya dalğalı saçlar (1 və 2-ci tip)

Ayfe Rodni belə saçlara malik şəxslərə saçlarını həftədə iki-üç dəfə yumağı tövsiyə edir.

Quru baş dərisi olanlara nəmləndirici şampunlardan istifadə etmək, yağlı baş dərisi olanlara isə daha dərin təmizləyici təsirə malik vasitələr seçmək məsləhət görülür.

Kəpək problemi olan şəxslər üçün selen tərkibli şampunlar tövsiyə olunur.

Buruq və ya çox qıvrım saçlar (3 və 4-cü tip)

Mütəxəssislərin fikrincə, qalın və təbii qıvrım saçlara malik insanlar üçün həftədə bir dəfə saç yumaq kifayət edə bilər.

Onlar vurğulayırlar ki, buruq saçların həmişə quru olması barədə fikir doğru deyil. Belə saçlara sahib insanların da baş dərisi yağlana bilər.

Qıvrım saçlar üzrə stilist Ona Dias-Santin bildirib ki, əsas məsələ düzgün qulluq vasitələrindən istifadə etmək, saçın kifayət qədər nəmləndirilməsini təmin etmək və onu hər gün şampunla yumamaqdır.

Onun sözlərinə görə, bəzi insanlar şampundan istifadə etmədən yalnız təmizləyici kondisionerlərlə saçlarını yumağa üstünlük verirlər.

Yuyulma tezliyinə təsir edən amillər

İntensiv fiziki fəaliyyət zamanı güclü tərləmə, baş dərisinin yağlanması və ya kəpəyin yaranması saçın daha tez-tez yuyulmasını zəruri edə bilər.

Mona Qohara bildirib ki, adətən saçını həftədə bir dəfə və ya daha seyrək yuyan şəxslər intensiv fiziki aktivlik dövründə bunu həftədə iki-üç dəfə etməli ola bilərlər.

Kəpək isə seboreyalı dermatitin əlaməti ola bilər. Bu halda xüsusi kəpək əleyhinə şampunlardan istifadə tövsiyə olunur.

Çox tərləyən insanlar nə etməlidir?

İdmandan sonra baş dərisində toplanan tər narahatlıq yarada bilər.

Ayfe Rodni qeyd edib ki, hər gün şampunla saç yumaq saçın qurumasına və kövrəkləşməsinə səbəb ola bilər. Buna görə də şampundan istifadə olunmayan günlərdə saçın yalnız su ilə yaxalanması kifayət edə bilər.

Onun sözlərinə görə, nəmləndirici şampunlar və yağ əsaslı qulluq vasitələri də saçın sağlam qalmasına kömək edir.

Saçı həddindən artıq tez-tez yumağın mümkün zərərləri

Dermatoloqlar bildirirlər ki, saçın həddindən artıq tez-tez yuyulması baş dərisini qıcıqlandıra, qabıqlanmanı artıra və saçın kövrəkləşməsinə səbəb ola bilər.

Bundan əlavə, "əks reaksiya effekti" yarana bilər. Bu zaman baş dərisi həddindən artıq quruluğu kompensasiya etmək üçün daha çox piy ifraz etməyə başlayır.

Mütəxəssislər hər bir insanın öz saç və baş dərisi üçün uyğun qulluq balansını tapmasının vacibliyini vurğulayırlar.

Saçı az yumağa "öyrəşdirmək" mümkündürmü?

Sosial şəbəkələrdə saçın daha az yuyulmağa "öyrəşdirilməsi" ilə bağlı yayılan tövsiyələr dermatoloqlar tərəfindən elmi cəhətdən əsaslandırılmış hesab edilmir.

Dermatoloq Kunal Malik bildirib ki, bu fikir əsasən sosial şəbəkələrdə geniş yayılan mifdir.

"Qısa cavab xeyrdir. Saçı daha az yumaq baş dərisinin piy ifrazını əhəmiyyətli dərəcədə azaltmır. Əksinə, çirk və piyin yığılması iltihab, qabıqlanma və qaşınma riskini artırır", deyə o bildirib.

Şampunun uyğun olmadığını necə müəyyən etmək olar?

Kunal Malikin sözlərinə görə, aşağıdakı hallarda şampunu dəyişmək barədə düşünmək məqsədəuyğundur:

* baş dərisi yuyulduqdan dərhal sonra quruyur, dartılır və ya qaşınır;

* kondisionerdən istifadə olunsa da, saç solğun görünür;

* saç tökülməsi və ya qırılması artır;

* baş dərisi əvvəlkindən daha çox piy ifraz edir.

Mütəxəssis həmçinin tərkibində güclü ətirvericilər və ya metilizotiazolinon kimi konservantlar olan şampunlardan uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, bu maddələr baş dərisində qıcıqlanmaya səbəb ola və bəzən kəpəklə səhv salınan allergik reaksiyalar yarada bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Avqust 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri