Icma.az
close
up
RU
Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat şərh yazırlar ki...

Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat şərh yazırlar ki...

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat şərh yazırlar ki, "A, bu da soyundu". Biz də el şənliklərinə, tədbirlərə, ad günlərinə, yubileylərə, toylara gedirik. Hamınız elə oxuyanları çağırırsınız. Düşüb onlarla qarşılıqlı rəqs edirsiniz. Vay o gündən bir az qısa geyinək, o saat başlayırlar ki, bu da açılıb-töküldü. Siz axı onlara dəyər verir, pul ödəyirsiniz. Nə olar, bunu etməyin. Bizi aldatmaq istəyirsiniz, amma fakt göz qabağındadır. Siz elələrini toylarınızda görmək istəyirsiniz". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində deyib. O, sosial şəbəkələrdə tənqid olunan, bayağı mahnılar ifa edən müğənnilərə realda daha çox tələbat olmasından şikayətlənib:

"Elə ki, istəyirsən məclisdə bir balaca muğam oxuyasan deyirlər ki, keçin də mahnıya. Bəs sənin milli dəyərlərin? Axı sən azərbaycanlısan. Bir şəxsiyyət kimi daxilində buna necə yol verirsən? Şəhərdə gəzirsən, bayağı mahnıya maşında elə xod verirlər ki, buferlər belə səsdən tərpənir. Adam elə mahnıdan utanır. Pəncərəni bağlayırsan ki, heç olmasa, bunu eşitməyəsən. Siz buna qulaq asırsınız. Gözəl musiqilər dinləyin ki, zövqünüz gözəlləşsin, ruhunuz təzələnsin".  

G.Əliyeva bəzi müğənniləri də tənqid edib:

"Hər janrın öz geyimi var. Estrada müğənnisi açıq da geyinə bilər. Ay müğənnilər, sənətinizlə var olun. Aparıcıdan tələb edirlər ki, mənə sənətkar de. Sən sənətçi deyilsən. Onlar təsadüfi kəmiyyətdirlər. Bir özünüzə baxın və deyin ki, mən kiməm? Oturuşunuzu-duruşunuzu, kiminlə danışdığınızı bilin. Olmaz belə. Geyim də bunlardan biri".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Mart 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri