Hər hansı nəticə çıxarmazdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır Rusiya XİN rəhbərinin müavini
Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İnsanların müsibətləri üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir".
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı deyib.
"İlk növbədə Rusiya Federasiyasının rəhbərliyi və şəxsən öz adımdan AZAL aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan rəhbərliyinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermək istərdim. Təəssüf ki, bizim hamımızı əhatə edən bu faciə nəticəsində Azərbaycan, Rusiya və bir sıra digər dövlətlərin vətəndaşları həlak olub. Biz azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük. Belə ağır bir vaxtda sizinləyik", - o bildirib.
Qaluzinin sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, hər hansı nəticə çıxarmazdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır.
"Aktauda müvafiq komissiya işləyir. Rusiya və Azərbaycanın səlahiyyətli orqanları bir-biri ilə qarşılıqlı əlaqədədir. Araşdırma aparılır və biz hesab edirik ki, hər hansı nəticə çıxarmamışdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır. İnsanların müsibəti üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir", - deyə Rusiyanın XİN-in nümayəndəsi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















