Icma.az
close
up
RU
Hər iki valideynini itirən 14 yaşlı uşağın başına gələnlər: himayəsində olduğu xalası ona əzab verməyə görə saxlanıldı

Hər iki valideynini itirən 14 yaşlı uşağın başına gələnlər: himayəsində olduğu xalası ona əzab verməyə görə saxlanıldı

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Valideynlərini itirmiş 14 yaşlı Ümidə ona qəyyum təyin edilən xalası tərəfindən işgəncə verilməsilə bağlı Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar nəticəsində cinayət işi başlanıb. Artıq uşağın xalası polislər tərəfindən saxlanılıb.

Bu barədə Bizimyol.info xəbər portalına Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülməklə davam etdirilir. Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”, - DİN-dən bildirilib.

Qeyd edək ki, Günay Novruzova paytaxtın Bakıxanov qəsəbəsində Muxtar Fətəliyev 78 ünvanındakı 5 mərtəbəli binada yaşayır. Ümid də təxminən 6 ildir ki, onun yanında qalır.

Bina sakinlərinin Bizimyol.info xəbər portalına danışdıqlarından məlum olur ki, Ümidin özündən başqa 20 yaşlı bir qardaşı var - Fərid Məmmədov. 2019-cu ildə onların atası Vüsal Məmmədov anaları Fəridə Novruzovanı qətlə yetirib. Bir müddət sonra Vüsal Məmmədov özü də həbsdə dünyasını dəyişib. Hər iki valideynin qayğısından məhrum olan uşaq isə xalasının himayəsinə verilib. Günay Novruzova onun qəyyumu təyin edilib.

Muxtar Fətəliyev 78 ünvanındakı binada yaşayan sakinlər Bizimyol.info xəbər portalına danışır ki, uzun müddətdir Ümidin üzərində müxtəlif xəsarətlər görürdülər. Onun xalası tərəfindən döyüldüyünü eşidirdilər: “Uşağın üzündə, əllərinin üstündə, ayaqlarında döyülmə izləri açıq-aşkar görünürdü. Başının tükü bir hissədə əməlli-başlı tökülmüşdü. Yazıq uşaq çox qorxurdu. Deyirdi ki, gedəcək başqa yerim yoxdur. Dəfələrlə qaçıb gəlib, qonşulardan kömək istəyib”.

Uşağın döyüldüyünü, ona əzab verildiyini bir neçə gün əvvəl qonşulardan Telli Camalova müvafiq orqanlara xəbər verib. Telli Camalovanın sözlərinə görə, uşaq sonuncu dəfə onun qapısına gəlib, kömək istəyib. Qonşular uşağın xalası tərəfindən döyüldüyünü təsdiqləyən səs yazısını da təqdim edirlər. Onlar baş verənlər barədə Ümidin qardaşı Fərid Məmmədova xəbər veriblər. Axşam da uşağı qardaşına təhvil veriblər: “Ertəsi gün eşitdik ki, xala götürüb uşağı rayona aparıb”.

Aidiyyəti orqanlara məlumat veriləndən dərhal sonra Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri və polis əməkdaşları Bakıxanov qəsəbəsindəki evə baxış keçirib. Lənkəran rayonuna aparılan uşaq isə dərhal geri qaytarılıb. 14 yaşlı Ümid müayinə olunandan sonra xəstəxanayaya yerləşdirilib.

Bizimyol.info-nun məlumatına görə, Günay Novruzova bacısının övladına əzab verməsi barədə ittihamları qəbul etmir. O, qonşuların yalan danışdığını, ona böhtan atdıqlarını bildirir.

Uşağın böyük qardaşı Fərid Məmmədov da xalasını müdafiə edib. O bildirib ki, qardaşının üzərindəki xəsarət izləri ola bilsin, illər əvvəl atasının verdiyi işgəncələrdən qalan izlərdir: “Bizə bu illər ərzində xalamız qalıb. Başqa valideynlər də öz uşağının hansısa səhvi olanda onu vurur, tənbeh eləyir. Xalam da öz uşağı kimi davranıb. Daha işgəncə vermək, zəncirləmək halları olmayıb. Bunlar uydurmadır”.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Sentyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri