Icma.az
close
up
RU
Hər il eyni kəmərdə niyə qəza baş verir?

Hər il eyni kəmərdə niyə qəza baş verir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İki ildir ardıcıl olaraq Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzalar nəticəsində Bakı şəhərinin yüz minlərlə sakini günlərlə susuz qalır. Bu il 16 iyun tarixində baş verən son qəzanın nəticələri dörd gün sonra aradan qaldırıldı. Sakinlərin su ilə təminatı bərpa edildi. Nəzərə alaq ki, sözügedən su kəmərinin inşası və istifadəyə verilməsi o qədər də uzaq keçmiş deyil. Maraqlıdır, niyə Oğuz-Qəbələ-Bakı su kəmərində bu qədər tez zamanda ikinci problem yarandı? Bu qəzalar nədən qaynaqlanır? Belə qəza risklərinin minimuma endirilməsi üçün nə etmək olar?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Korroziyaya dayanıqlı, lakin həssas borular

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hər iki qəzanın səbəbi istifadə olunan materialdır: "Oğuz-Qəbələ-Bakı magistral su kəməri şüşə lifli (GRP) borularla inşa olunub. Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslıq xarakteri daşıyır. Bu səbəbdən bəzi hallarda istismar zamanı təsirlər və ya hidravlik gərginliklər nəticəsində lokal qəzalar baş verə bilər. Bundan əvvəlki qəzanın da səbəbi məhz bu idi".

"Aydınlaşmayan məqamlar mövcuddur"

Texnika üzrə fəlsəfə doktoru Aqşin Kərimov bildirdi ki, su kəmərində istifadə olunan material standartlara cavab versə də, aydınlaşmayan məqamlar mövcuddur: "Deyirlər ki, kəmər korroziyaya uğramaması üçün şüşə borularla çəkilib. Material olaraq su kəməri üçün tam uyğundur. Dünya standartlarında da bu borularla çəkilməsi nəzərdə tutulub. Lakin həmin borularla çəkilib-çəkilmədiyi müəmmalıdır, göstərilmir. Qəza nəyə görə hər il baş verir, bu da bilinmir. Sadəcə, "qəza olub" deyilir".

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımovun sözlərinə görə, heç bir halda qəzalardan tam sığortalanmaq mümkün deyil. Torpaqda baş verən hərəkətlərdən də təsirlənib, qəza ola bilər: "Hər il qəza baş verirsə, bəlkə də iş görülən zaman keyfiyyətə fikir verilməyib. Haradasa boşluq yaranıb ki, yüksək təzyiqlə gələn su qəzalara səbəb olur. Amma bu kəmər köhnə deyil. Yeni istifadəyə verilib".

"Kəmərdə suyun təzyiqi yüksəkdir"

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovun sözlərinə görə, suyun miqdarını azaldaraq qəzalardan sığortalana bilərik: "Qurumdan verilən açıqlamalarda da bildirildi ki, suyun keyfiyyətini saxlamaq məqsədilə boruların tikintisi zamanı şüşə lifli materiallardan istifadə olunub. Qəzaların tez-tez baş verməsinin səbəbi də məhz budur. Çünki şüşə lifli materiallar daha dözümsüzdür. Amma biz bu kəməri yenidən dəyişmək gücündə də deyilik. Kəmərdə istifadə olunan materiallar hava temperaturuna olduqca dayanıqlıdır. Bu da imkan verir ki, ilin bütün fəsillərində bu kəmərdən istifadə olunsun. Sadəcə, boruda suyun təzyiqini mümkün olan qədər azaltmaq lazımdır ki, qəzaların baş vermə riski azaldılsın. Bu kəmərdə su qravitasiya, yəni öz axını ilə axır. Bu baxımdan təzyiqin azaldılması problem yaratmamalıdır".

R.Abbasovun fikrincə, Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə alternativlər yaradaraq ona düşən yükü bir qədər azalda bilərik: "Tez-tez monitorinqlər keçirilməlidir ki, qəza baş verə biləcək yerlər müəyyən olunsun, öncədən müvafiq tədbirlər görülə bilinsin. Dayanıqlılığı təmin etmək üçün bu su kəmərinə əlavə mənbələrdən də sular qoşmaq olar. Lakin bunun üçün texniki dəyişikliklər edilməlidir. Həmin ərazidə xeyli sayda yerüstü su mənbələri mövcuddur. Məsələn, Mingəçevir su anbarından motor vasitəsilə su çəkilə bilər. Yaxud Qanıx çayından yönləndirmə ola bilər. Su anbarları yaradılmalı, oraya su ehtiyatı toplanılmalıdır. Belə olarsa, Bakının bütün ərazilərini su ilə təmin edə biləcəyik".

"Hər il qəza baş verirsə..."

İdarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimli də düşünür ki, monitorinqlər mütləqdir: "Hər hansı bir infrastrukturun qorunması üçün onun planlı şəkildə texniki qulluğu aparılmalıdır. Su xətti çəkiləndən sonra baxımsız qalacaqsa, bu zaman qəzalar da tez-tez baş verəcək. Kəmərin hər bir metrinə görə konkret plan olmalıdır ki, texniki qulluq necə aparılsın. Bu kəmərlə əhali su ilə təmin olunur. Nəzarət olmalıdır ki, həm suyun, həm də xidmətin keyfiyyəti artırılsın. Hər il qəza baş verirsə, səbəbi dərindən araşdırılmalıdır. Yoxsa "partladı, düzəltdik" yanaşması olmamalıdır. Baxılmalıdır ki, problem borudadırmı? Bəlkə texniki işlər zamanı ardıcıllığa düzgün riayət olunmayıb? Yaxud texniki qulluq gecikdirilir? Bunların araşdırılması üçün komissiya yaradılmalıdır".

Ekspertin fikrincə, hər il bu qədər suyun israf olunması ölkəmiz üçün təhlükəlidir: "Su balansı yaradılmalıdır. Yeraltı, yerüstü suların planı olmalıdır. Hər hansı bir xətdə problem olduqda, alternativlər işə salınmalıdır. Belə olmadığı halda bu kimi problemlərlə su ehtiyatlarımız azalır. Boşa axan hər litr su gələcəyimizi təhlükə altına alır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri