Icma.az
close
up
RU
“Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasının təqdimatıdır”

“Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasının təqdimatıdır”

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

27 il ölkənin müxtəlif yerlərində məskunlaşan Füzuli sakinləri heç vaxt ümidini itirməmişdi. Prezident İlham Əliyev yeni şəhərciklərin açılışında bütün keçmiş məcburi köçkünlərlə, o cümlədən Füzuli sakinləri ilə görüşdə bəyan edirdi ki, bura müvəqqəti yaşayış yeridir. Bu illər ərzində əsas məqsəd ərazi bütövlüyünün bərpası, soydaşlarımızın öz doğma yurduna qayıtmasını təmin etmək olub. Nəhayət, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan əsas məqsədinə nail oldu. Müharibənin ilk günlərində Füzulinin kəndləri azad olundu, oktyabrın 17-də isə Füzuli tam azad idi.

Füzuli ətrafında baş verən döyüşlər mürəkkəbliyi ilə yadda qaldı. Belə ki, Ermənistanın burada qurduğu istehkamların sıradan çıxarılması böyük güc və düzgün siyasi-hərbi taktika tələb edir. Azərbaycan ordusu döyüşlərin ilk günlərində bu çətin tapşırığın öhdəsindən layiqincə gəldi. Füzulinin azad olunması ilə düşmənin beli qırıldı və digər ərazilərimizə də yol açıldı.

Tarixi-mədəni abidələrlə zəngin olan Füzulidə erməni vəhşiliyinin izləri hələ də qalmaqdadır. Azad olunmuş ərazilərə səfər edən əcnəbilər erməni vandalizminin nəticələrini görür. Halbuki işğal dövründə Ermənistan məqsədli şəkildə bu vandallığı ört-basdır etmək üçün bu ərazilərə mümkün səfərlərin qrşısını alırdı. Lakin Azərbaycanın böyük qələbəsi nəticəsində 30 ilə yaxın gizlədilən işğal izləri dünyaya təqdim olundu.  

Füzulidə isə bərpa-quruculuq işləri sürətlə aparılır. Digər ərazilərimizdə olduğu kimi, burada da dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydaları tətbiq olunur. Füzulidə birinci şəhərsalma layihəsi icra edildi və şəhər tamamlilə yenidən qurulur. Burda yeni kəndlər, yaşayış mənqələri, sosial obyektlər inşa olunur. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Bu gün Füzuliyə qayıdanlar arasında gənc nəslin üstünlük təşkil etməsi qürurvericidir. Cənab Prezident dəfələrlə Füzuli sakinləri ilə görüşdə də bu məsələyə toxunub və bildirib ki, gənc nəslin düzgün tərbiyəsi Qarabağı unutmağa qoymadı: “Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir”. 
Böyük qayıdış proqramı çərçivəsində məşğulluq məsələlərinə də diqqət yetirilir. Aidiyyəti dövlət qurumları burada yerləşən insanların məşğulluq imkanlarının həlli istiqamətində kompleks addımlar atır.

Füzuli həm də Beynəlxalq Hava limanının inşa olunduğu strateji əhəmiyyətli məkana çevrilib. Çox qısa vaxtda ərsəyə gələn hava limanı Qarabağa və Şərqi Zəngəzura səfər edən çoxsaylı rəsmi və qeyri-rəsmi qonaqları qəbul edir.

Bu gün Füzuli sakinləri böyük qürur hissi ilə şəhər gününü qeyd edir. Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasının təqdimatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri