Icma.az
close
up
RU
Hər küçəsində bir hekayə gizlənən şəhər

Hər küçəsində bir hekayə gizlənən şəhər

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, Almaniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, həm də tarixi və mədəni zənginliyi ilə seçilir. Şəhər, II Dünya Müharibəsi və Soyuq Müharibə dövründə yaşanan önəmli hadisələrin mərkəzi olub, 1989-cu ildə Berlin divarının yıxılması ilə yenidən birləşib. Bu gün isə Berlin, dinamik mədəni həyatı, innovativ iqtisadiyyatı və çoxmədəniyyətli əhalisi ilə həm sakinləri, həm də turistlər üçün cəlbedici bir məkandır.

2024-cü ildə əhalinin sayı 3.9 milyon nəfərə yaxınlaşıb. Bununla yanaşı, şəhərə gələn xarici turistlərin sayı da ilbəil artıb. 2024-cü illə müqayisədə 2.6% daha çox turist Berlinə səyahət edib.

Valyuta.az xəbər verir ki, bu, şəhərin beynəlxalq sərgilər və festivallar sayəsində daha da cazibədar olması ilə əlaqəlidir.

Şəhərin ən tanınmış turistik yerləri

Berlin, həm klassik, həm də müasir memarlıq nümunələri ilə zəngindir:

"Brandenburq Qapısı" - Şəhərin simvolu və Almaniyanın birləşməsinin rəmzi.

"Reichstag" - Tarixi və müasir memarlığın qarışığı olan, ziyarətçilər üçün məşhur məkan.

"Museumsinsel" - UNESCO Dünya İrsi Siyahısında yer alan bu ada, ən önəmli muzeylərdən bəzilərinə ev sahibliyi edir.

"Holokost Memorial" - II Dünya Müharibəsində həlak olmuş yəhudi vətəndaşlara həsr edilmiş xatirə yeri.

"Berlin divarı və East Side Gallery" - Tarixi keçmişi əks etdirən və bədii əsərlərlə bəzədilən divar hissələri.

Berlinin qlobal turizm tədbirləri

Berlin, turizm dünyasında da mühüm yer tutur: 

ITB Berlin - Dünyanın ən böyük turizm sərgisi, 170-dən çox ölkədən minlərlə iştirakçını cəlb edir.

"Berlinale" (Berlin Film Festivalı) - Dünyanın ən prestijli kino tədbirlərindən biri.

Mədəniyyətlər karnavalı - Fərqli ölkələrin ənənə və mədəniyyətlərinin nümayiş olunduğu rəngarəng festival.

Sənət sevərlər üçün görməli məkanlar

Berlin, mədəniyyət və sənətsevərlər üçün əsl cənnətdir:

Berlin Filarmoniyası - Dünyanın ən tanınmış klassik musiqi mərkəzlərindən biri.

"Hamburger Bahnhof" - Müasir incəsənət əsərlərinin sərgiləndiyi məşhur muzey.

Opera və teatrlar - Şəhərdəki müxtəlif opera və teatr binaları, müasir və klassik sənətə maraqlı olanlar üçün ideal məkanlardır.

Berlinin qastronomiyası

Berlinin mətbəxi, həm yerli, həm də beynəlxalq mətbəxlərdən ləzzətlərini özündə birləşdirir:

"Currywurst" - Şəhərin məşhur kolbasa yeməyi.

"Berliner" - İçərisi mürəbbə ilə doldurulmuş şirin xəmir məmulatdı.

"Döner Kebab" - Türk mətbəxindən gələn yemək növüdür və Berlinin küçə yeməyi mədəniyyətində mühüm yer tutur.

Şəhərin gecə həyatı və əyləncə məkanları

Berlin gecə həyatı ilə də məşhurdur. Şəhər, elektron musiqi və müxtəlif əyləncə mədəniyyəti ilə tanınır. "Berghain" dünyanın ən məşhur elektron musiqi klublarından biri. "Sisyphos və Watergate" isə elektron musiqi sevənlər üçün əla məkanlar.

Təbiət və sakitlik

Şəhər yalnız tarixi və mədəniyyətlə deyil, geniş yaşıl sahələrlə də zəngindir. Beləki, "Tiergarten" şəhərin ən böyük parkı hesab olunur.

"Tempelhofer Feld" keçmiş hava limanında yerləşən bu böyük açıq sahədir ki, bura açıq havada gəzmək və velosiped sürmək üçün mükəmməl yerdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Mart 2025 05:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri