Icma.az
close
up
RU
Hər kəs bir qızım olsun deyəcək Alimlərdən maraqlı araşdırma

Hər kəs bir qızım olsun deyəcək Alimlərdən maraqlı araşdırma

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qız övladı böyütməyin valideynlərin beyin sağlamlığına müsbət təsir göstərdiyi məlum olub. Aparılan elmi araşdırmaya görə, qız uşağı olan valideynlərdə yaşlılıq dövründə demans və zehni zəifləmə riski daha aşağıdır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Hohai Universiteti alimləri tərəfindən aparılan tədqiqat çərçivəsində yüzlərlə yaşlı şəxsin yaddaş və düşünmə qabiliyyəti təhlil edilib. Araşdırmada iştirakçıların ailə strukturu, xüsusilə qız və oğlan övladlarının sayı nəzərə alınıb.

Nəticələr göstərib ki, qız övladı olan valideynlərin zehni göstəriciləri daha yüksəkdir. Alimlər bu vəziyyəti qız uşaqlarının valideynləri ilə daha sıx emosional bağ qurması, onlarla daha çox ünsiyyətdə olması və yaşlılıq dövründə göstərdikləri qayğı ilə əlaqələndirirlər.

Mütəxəssislərin fikrincə, qız övladlarının verdiyi sosial və emosional dəstək beyin funksiyalarının daha uzun müddət sağlam qalmasına kömək edir. Xüsusilə bir qız övladı olan valideynlərdə bu təsirin daha aydın müşahidə edildiyi bildirilib.

Araşdırmada həmçinin qeyd olunub ki, demansın ilkin əlamətləri arasında yaddaş zəifləməsi, diqqətin azalması və məlumatları emal etməkdə çətinlik yer alır. Alimlər sosial münasibətlərin və ailədaxili ünsiyyətin bu riskləri azaltmaqda mühüm rol oynadığını vurğulayırlar.

Tədqiqatçılar ümid edirlər ki, yaxın illərdə demansla bağlı daha effektiv müalicə üsulları tapılacaq və xəstəliyin qarşısının alınması mümkün olacaq.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri