Icma.az
close
up
RU
Kəlbəcər milli sərvətimizdir ŞƏRH

Kəlbəcər milli sərvətimizdir ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın hər bir bölgəsi özünəməxsus tarixi, coğrafiyası və milli-mədəni xüsusiyyətləri ilə dövlətçilik salnaməmizdə mühüm yer tutur. Kəlbəcər isə bu baxımdan xüsusi mövqeyə malikdir. Qədim yaşayış məskənləri, zəngin arxeoloji nümunələri, möhtəşəm dağ mənzərələri, meşələri və müalicəvi mineral suları ilə seçilən bu diyar Azərbaycanın təbii və tarixi sərvətlərinin nadir vəhdətini özündə birləşdirir. Ərazidə aşkar edilmiş qədim qaya təsvirləri, süni mağaralar və türk əlifbasının nümunələri Kəlbəcərin minilliklər boyu müxtəlif mədəniyyətlərin inkişaf etdiyi mühüm məkan olduğunu göstərir. Bu faktlar həm də xalqımızın tarixi köklərinin, milli kimliyinin və zəngin mənəvi irsinin öyrənilməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır. Kəlbəcərin yenidən qurulması məhz belə bir irsin qorunması və gələcək nəsillərə çatdırılması məsuliyyətini də özündə ehtiva edir.

Rayonun tarixi taleyində 1993-cü il aprelin 2-də baş vermiş işğal xüsusi ağrılı səhifədir. Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcərin əhalisi doğma yurdunu tərk etməyə məcbur oldu, yüzlərlə insan həlak oldu, əsir və itkin düşdü. Yaşayış məntəqələri, sosial obyektlər, mədəniyyət müəssisələri və tarixi abidələr dağıdıldı, təbii sərvətlər talan edildi. İşğal illərində beynəlxalq hüququn tələblərinə məhəl qoyulmaması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamənin icra edilməməsi münaqişənin ədalətli həllinə mane olan əsas amillərdən idi. Bununla belə, Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ordumuzun güclənməsi və hərbi qüdrətimizin artması tarixi ədalətin bərpasına zəmin yaratdı. Vətən müharibəsində qazanılan Qələbədən sonra 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması bu mübarizənin mühüm nəticələrindən biri oldu.
Kəlbəcərin azad olunması ilə qarşıda yeni vəzifələr müəyyənləşdi. Əsas məsələ dağıdılmış ərazilərdə həyatın bərpası, əhalinin təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi, bölgənin iqtisadi potensialının yenidən dövriyyəyə cəlb olunması idi. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən layihələr bu məqsədlərə kompleks yanaşmanın nəticəsidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi gələcək quruculuğun uzunmüddətli perspektivlərini müəyyən edir. Müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istirahət zonaları və ictimai məkanlar Kəlbəcərin yeni şəhər mühitini formalaşdıracaq. Eyni zamanda, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması kənd yaşayışının, ənənəvi təsərrüfat münasibətlərinin və sosial həyatın bərpasına xidmət edir. Burada həyata keçirilən işlərin əsas üstünlüyü ondan ibarətdir ki, məskunlaşma prosesi gələcək inkişaf perspektivləri nəzərə alınmaqla planlaşdırılır.
Kəlbəcərin təbii imkanları onun iqtisadi inkişafı üçün geniş perspektivlər açır. Xüsusilə su ehtiyatlarından istifadə, hidroenergetika, turizm və kənd təsərrüfatı istiqamətləri rayonun gələcək iqtisadi profilinin formalaşmasında mühüm rol oynaya bilər. Kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin yaradılması bu potensialın reallaşdırılmasına yönəlib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası və Murovdağ tunelinin texniki imkanları isə bölgənin nəqliyyat əlaqələrini yeni səviyyəyə yüksəldir. Bu layihələr Kəlbəcərin əlçatanlığını artırmaqla yanaşı, iqtisadi fəaliyyətin genişlənməsinə, investisiya imkanlarının yaxşılaşmasına və turizm marşrutlarının inkişafına şərait yaradır. Dağlıq relyefin yaratdığı mürəkkəbliklərə baxmayaraq, burada müasir infrastrukturun qurulması dövlətin strateji baxışının və quruculuq iradəsinin göstəricisidir.
Rayonun ən mühüm təbii sərvətlərindən biri olan İstisu isə rayonun gələcək inkişafında xüsusi istiqamət təşkil edir. Müalicəvi xüsusiyyətləri ilə tanınan bu mineral suyun sənaye üsulu ilə qablaşdırılması üçün yaradılmış zavod yerli resursların iqtisadi dəyərə çevrilməsinin nümunəsidir. Müəssisənin istehsal gücü və məşğulluq imkanları bölgənin iqtisadi həyatına töhfə verir. İstisu Müalicə-İstirahət Kompleksinin yaradılması da sağlamlıq turizminin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Müasir hotel, müalicə və istirahət infrastrukturu Kəlbəcərin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanıdılması üçün yeni imkanlar yaradacaq.
Bu gün Kəlbəcər azadlığın verdiyi imkanlardan istifadə edərək yeni inkişaf mərhələsinə qədəm qoyur. Burada aparılan quruculuq işləri yalnız fiziki məkanın dəyişdirilməsi deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşamış insanların arzularının gerçəkləşməsidir. 25 Noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması bu baxımdan xüsusi məna daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən bu gün azadlığın, milli həmrəyliyin və dövlətçilik qətiyyətinin rəmzinə çevrilib. Kəlbəcər yenidən Azərbaycanın inkişaf xəritəsində öz layiqli yerini tutur. Onun tarixi irsi qorunduqca, təbii sərvətləri səmərəli istifadə olunduqca və sakinləri doğma torpaqlarında məskunlaşdıqca bu dirçəliş daha da möhkəmlənəcək. Ən başlıcası, Kəlbəcərin bugünkü inkişafı göstərir ki, Azərbaycan qazandığı Zəfəri quruculuqla tamamlayır və gələcək nəsillərə daha güclü, daha müasir ölkə miras qoymaq əzmindədir.
Emil Tağıyev

YAP Xaçmaz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri