Icma.az
close
up
RU
Hər kəsin etdiyi o səhv böyrəkləri daşa çevirir

Hər kəsin etdiyi o səhv böyrəkləri daşa çevirir

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qış aylarında böyrək daşı riskinin artdığı bildirilir. Türkiyəli uroloq, dosent Emre Tokuç mövsümi vərdişlərin xəstəliyin kəskinləşməsinə birbaşa təsir etdiyini deyərək üç əsas səhvi açıqlayıb.
Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə böyrək sancıları bir çox pasiyent tərəfindən “həyatımda yaşadığım ən şiddətli ağrı” kimi təsvir olunur və düzgün həyat tərzi ilə bunun qarşısını almaq mümkündür. O bildirib ki, xüsusilə qış mövsümündə su qəbulunun azalması ciddi risk yaradır. “Soyuq havada insanlar susuzluq hiss etmədikləri üçün daha az su içirlər. Halbuki gün ərzində susamağı gözləmədən orta hesabla ən azı 2 litr su qəbul etmək kritik əhəmiyyət daşıyır”, – deyə dosent vurğulayıb. Onun sözlərinə görə, az su içilməsi sidiyin qatılaşmasına, nəticədə kalsium, oksalat və sidik turşusunun kristallaşmasına səbəb olur.
İkinci risk faktoru nəzarətsiz vitamin və mineral əlavələridir. Emre Tokuç qeyd edib ki, immuniteti gücləndirmək məqsədilə qəbul edilən süni preparatlar hər zaman təhlükəsiz deyil: “Bitkisel olması böyrəklərə zərər verməyəcəyi mənasına gəlmir, əksinə yüksək yük yarada bilər”. O, hər hansı əlavədən əvvəl qan və sidik analizlərinin aparılmasının vacibliyini bildirib.
Üçüncü kritik səhv isə həddindən artıq duz və heyvan mənşəli zülal istehlakıdır. Mütəxəssis deyir ki, artıq duz qəbulu kalsiumun sidiklə xaric olunmasını artıraraq daş yaranmasını asanlaşdırır. Eyni zamanda, qırmızı ət ağırlıqlı qidalanma və protein tozlarından nəzarətsiz istifadə böyrəklərə əlavə yük yaradır. Günlük duz normasının 5 qramdan artıq olmaması və tərəvəz əsaslı qidalanmaya üstünlük verilməsi tövsiyə edilir.
Həkim əlavə edib ki, böyrək daşlarının tərkibi fərqli olduğuna görə hər pasiyent üçün eyni pəhriz uyğun deyil: “Daş analizi edilən xəstələrdə daşın növünə görə fərdi qidalanma planı hazırlanmalıdır. Qulaqdan dolma məlumatlarla deyil, fərdi risk faktorlarına əsaslanaraq hərəkət etmək lazımdır”.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2026 03:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri