Icma.az
close
up
RU
Hər kəsin inandığı tarixi futbol oyunu əslində mif imiş

Hər kəsin inandığı tarixi futbol oyunu əslində mif imiş

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milad bayramı yaxınlaşdıqca hər il olduğu kimi futbolla bu bayramı bağlayan ən çox mifləşdirilmiş hekayələrdən biri yenidən gündəmə gəlir: Birinci Dünya müharibəsi zamanı britaniyalı və alman əsgərləri arasında futbol oyununun keçirilməsi barədə rəvayət.

Əfsanəyə görə, 25 dekabr 1914-cü ildə hər iki tərəfin əsgərləri silahlarını yerə qoyub səngərlərdən çıxıb, “heç kimin torpağı”nda qardaşlaşıb və hətta bir-biriləri ilə futbol da oynayıblar. Bu hekayə onilliklər ərzində kollektiv təxəyyülü təsirləndirib və müharibənin vəhşiliyinə qarşı insanlığın simvoluna çevrilib.

Bəs həqiqət nədir? Milad atəşkəsi necə baş verdi və doğrudanmı döyüş meydanında futbol oyunu olubmu? İdman.Biz bu barədə danışılan hekayələr və ayrı-ayrı faktları toplayaraq bir araya gətirib.

Sənədlərlə təsdiqlənmiş Milad atəşkəsi

Hər şey 7 dekabr 1914-cü ildə Papa XV Benediktin müharibə aparan ölkələrə Milad bayramı zamanı döyüşlərin dayandırılması çağırışı etməsi ilə başladı. Bu çağırış rəsmi olaraq qəbul edilməsə də, 24 dekabr axşamı Qərb cəbhəsinin bir çox hissəsində qeyri-rəsmi sakitlik yarandı.

Britaniyalı əsgərlər alman səngərlərindən Milad mahnıları eşitdiklərini, şam ağacları və fənərlərin yandırıldığını yazırdılar. 25 dekabrda isə əsgərlər səngərlərdən çıxaraq hədiyyələr, siqaretlər və xatirə əşyaları dəyişdilər, ölənləri dəfn etdilər və səngərləri təmir etdilər. Bu hallar xüsusilə Belçikanın Flandriya bölgəsində qeydə alınıb.

Bu hadisələr Britaniyanın İmperiya Müharibə Muzeyi (Imperial War Museums) və tarixçi Malcolm Braunun araşdırmaları ilə (The Christmas Truce: The Western Front, December 1914) sənədləşdirilib.

Amma hər yerdə sülh yox idi

Bununla belə, bu atəşkəs bütün cəbhə boyunca tətbiq edilmədi. Bəzi sahələrdə döyüşlər davam etdi və itkilər oldu. Ali komandanlıqlar isə bu cür “qardaşlaşmanın” döyüş ruhunu zəiflədə biləcəyindən ehtiyat edərək sonrakı illərdə bunun qarşısını almağa çalışdılar.

Futbol mifi haradan çıxdı?

O günün hadisələri arasında ən məşhuru Flandriyanın (Birinci Dünya müharibəsinin ən qanlı döyüşlərinin getdiyi Belçika ərazisi) soyuq palçığında futbol oyununun keçirilməsi barədə hekayədir. Məhz bu detal Milad atəşkəsinin ən mifləşdirilmiş elementinə çevrilib.

Məktublarda futbol haqqında söhbətlərin getdiyi qeyd olunur, lakin britaniyalılarla almanlar arasında rəsmi və ya təşkil olunmuş bir oyunun keçirildiyini təsdiqləyən etibarlı sübut yoxdur.

Həmin dövrün əsgərlərinin məktubları təəccüb və emosiyalarla doludur. Onlardan biri də gələcək romançı Henri Uilyamson idi. O, 26 dekabrda anasına məktub yazaraq - sonradan “Daily Express”də dərc edilmiş məktubda - düşmənlər arasında əl sıxmalarını və hədiyyə mübadiləsini təsvir edirdi.

Tarixçi Simon Cons və “The Long, Long Trail” tədqiqat layihəsi qeyd edir ki, futbol haqqında məlumatların çoxu üçüncü əl şayiələrə əsaslanır, yəni əsgərlər “başqa yerdə oynandığını eşitdiklərini” yazırdılar.

Milad atəşkəsinə aid saxlanılan fotolar əsgərlərin birlikdə poza verdiyini göstərir, lakin heç biri futbol oyununu əks etdirmir. Daha sonra Yunanıstanda, Salonikidə çəkilmiş və 26-cı Britaniya Diviziyasının əsgərləri olan bir foto səhvən bu hadisəyə aid edilib. Bu səhv sonradan tarixçilər tərəfindən düzəldilib.

Nəticə olaraq…

Ən çox sitat gətirilən “sübutlardan” biri 1 yanvar 1915-ci ildə “The Times”da dərc olunan məktubdur. Orada bir həkim britaniyalıların “saksonlarla futbol oynayıb 2:3 uduzduğunu” yazırdı. Lakin bu da başqasından eşidilmiş bir rəvayət idi, konkret adlar və detallar olmadığından yoxlanılması mümkün deyil. Britaniyalı zabit Piter Cekson belə sonradan həmin oyunda iştirakı barədə fikirləri uydurduğunu etiraf etmişdi.

Milad atəşkəsi real idi. Əsgərlərin qardaşlaşması real idi. Amma bu gün tanınan “əfsanəvi futbol matçı” baş verməyib və tarixi faktdan çox kollektiv yaddaşın yaratdığı bir mif olaraq qalıb.

Bəlkə də bu hekayə ona görə yaşayır ki, insanlar dünyanın ən qanlı müharibəsinin ortasında belə möcüzəyə inanmaq istəyirlər.

Aqil Tağıyev

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri