Icma.az
close
up
RU
Hər kəsin məsələdən xəbərdar olması uşağın psixologiyası üçün təhlükə yaradır Psixoloqdan açıqlama

Hər kəsin məsələdən xəbərdar olması uşağın psixologiyası üçün təhlükə yaradır Psixoloqdan açıqlama

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Sosial şəbəkələrdə Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Redaktor.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova bildirdi ki, mövzu əslində bir az deyil, olduqca həssas, travmatik, cəmiyyət tərəfindən qəbul olunmayan və eyni zamanda vəhşiliklə dolu bir məsələdir.

"Məsələ cəmiyyətin ümumən qəbul edə bilmədiyi bir haldır, üstəlik insanlar buna görə zatən kifayət qədər hirsli və qəzəblidirlər və bu, haqlı bir hirsdir. İnsanların bu qədər etiraz içində olmaları, emosional reaksiya vermələri başadüşüləndir. Biz də cəmiyyətin üzvü olaraq bu etirazları dəstəkləməliyik. Çünki bu, bir uşağın taleyindən, gələcəyindən, həyatından söhbət gedən məsələdir.

Biz bu fikirləri, etirazı sərgiləməliyik ki, sabah eyni psixoloji vəziyyətdə, "xəstəlikdə" olan bir şəxs və ya onun ailəsi, ətrafı daha diqqətli olsun. Belə hallar təkrarlanmasın deyə, cəmiyyət bir yumruq kimi bu cür məsələlərə sərt reaksiya verməlidir. Çünki ortada bir uşağın həyatı var və uşaq həyatı, uşaq təmizliyi ağ bir vərəq kimidir. Təəssüf ki, həmin vərəq artıq ləkələnib.

Sadəcə burada bir məsələ var ki, o, uşaqdır. Heç nəyi dərk etməyəcək yaşdadır və baş verənlərin fərqində deyil. Problem də məhz buradadır. Problem həmin hadisəni videoya çəkənlərdədir. Problemi yaradan, onu paylaşan saytlardır. Problem hadisənin qarşısını ala biləcək şəxs çəkiliş etmək əvəzinə müdaxilə etmədiyi üçündür. O müdaxilə vaxtında olsaydı, bəlkə də hadisə daha da dərinləşməzdi".

Psixoloq qeyd etdi ki, əslində o görüntülər heç olmamalıydı ki, bu uşaq bu travmanı yaşamasın.

"Çünki azyaşlı uşaqlar olanları mənalandıra bilmir. Əgər bu məsələ ictimailəşməsəydi, heç uşaq da onun fərqində olmazdı. Belə hallarda ən doğru yanaşma uşağa heç nəyi xatırlatmamaq, bu hadisəni onun yaddaşına salmamaq olardı. Beləcə uşaq bu travmanı daha tez və daha yüngül atlatardı. Amma indi o görüntülər yayıldı. Kənddə, rayonda, harada baş veribsə, hər kəsin xəbərdar olması gələcəkdə uşağın psixologiyası üçün təhlükə yaradır. Çünki sabah o uşaq bir az böyüyəndə, hər hansı uşaq  bilərəkdən və ya bilmədən o hadisəni ona xatırlada bilər. Onda isə uşaq üçün travma başlayacaq. Hazırda bəlkə də uşaq emosional təsir altındadır, amma olanları dərk etmədiyi üçün travma yaşamır ancaq sabah bu ona xatırladılanda, o travma başlaya bilər".

Müsahibimizin fikrincə, problem təkcə hadisəni törədənin deyil, həm də onu çəkən, paylaşan, danışan hər kəsin məsuliyyətidir.

"Bizim cəmiyyətin yaxşı cəhətləri var, mərhəmətlidir, xeyirxahdır, amma bəzi hallarda anormal davranışlar sərgilənir. İnsanlar hadisəyə müdaxilə etmək əvəzinə onu çəkirlər. Bu da artıq bir növ düşmənçilik kimi görünür.

Ona görə də düşünürəm ki, əgər mümkün olsa, həmin ailə oradan uzaqlaşmalı, başqa yerdə yaşamalıdır. Çünki o kənddə, o mühitdə bir nəfər belə olsa, sabah o uşağın qarşısına çıxıb keçmişi xatırladacaqsa, bu, onun üçün dərin və sağalmaz travmaya çevrilə bilər", - deyə Vəfa Rəşidova vurğuladı.

Xədicə BAXIŞLI
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri