Icma.az
close
up
RU
İstirahət paylaşımı paxıllıq yaradır Psixoloqdan RƏY

İstirahət paylaşımı paxıllıq yaradır Psixoloqdan RƏY

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümü yaxınlaşdıqca insanlarda sosial hərəkətlilik artır. Havanın isinməsi ilə birlikdə dincəlmək, istirahət etmək insanlar üçün zəruri bir tələbat halını alır. Lakin bəzi hallarda hər kəs bu fürsətdən istifadə edə bilmir.

Maraqlıdır ki, yay mövsümündə sosial aktivliyin artması, insanların bir-birini müşahidə edib müqayisə etməsi və paxıllıq hissi yaşamaları onlarda stress yarada bilərmi?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova yay mövsümü adlandırdığımız dövrün əslində sosial aktivliyin artması, insanların bir-birini izləməsi və həm özlərini, həm də digərlərini müqayisə etməsi ilə xarakterizə olunduğunu deyib.

Onun sözlərinə görə, hər kəs istirahətə çıxır, məktəblər bağlanır, iş yerlərindən məzuniyyət götürənlər bir-birinin həyatını gözdən keçirir:

“Məsələn, mən şəhərdən uzağa gedə bilmirəm, yalnız bölgələrə səfər edə bilirəm, amma iş yoldaşlarım xaricdə dincəlirlər. Bu məsələdə sosial şəbəkələrin rolu çox böyükdür. İnsanlar sosial mediada paylaşdıqları görüntülərlə digərlərində qısqanclıq hissini gücləndirirlər. Qısqanclıq nədir? Qısqanclıq – başqalarının sahib olduqlarını və ya əldə etdiklərini arzulamaq və buna görə narahatlıq keçirməkdir. Ən çox da bu vəziyyət sosial mediada özünü göstərir. İnsanlar demək olar ki, istirahətlərini, getdikləri məkanları, yaşadıqları xoş anları şişirdilmiş formada “WhatsApp”da, sosial platformalarda paylaşırlar. Amma istirahətə getmək imkanı olmayan, dincələ bilməyən insanlar da var. Onlar bu arzularını gerçəkləşdirə bilməyəndə isə daxili gərginlik keçirirlər. Nəticədə nə baş verir? Özünü müqayisə etmək vərdişi yaranır. “O getdi, mən gedə bilmədim”, “O bacardı, mən edə bilmədim” kimi düşüncələr ortaya çıxır. Qısqanclıq isə insanın özünə inamını zəiflədir. İnsan özünə qapanır, heç kəslə paylaşmaq istəmir”.

Psixoloq bu halların daxili narahatlıq, emosional gərginlik və davranış pozuntuları yaratmasına yol açdığını qeyd edib. O əlavə edib ki, buna görə də sosial mediadan daha çox istifadə, insanların bir-birindən daha böyük gözləntilər formalaşdırması bu stressi daha da dərinləşdirir:

“Mütəxəssis kimi bu vəziyyətdə tövsiyəm bu olardı ki, insan əvvəlcə özünü tanımalı, özünü anlamalı və olduğu kimi qəbul etməlidir. Heç kimlə özünü müqayisə etməməlidir. Məsələn, bir çayın kənarında oturub, dənizə baxaraq düşünə bilər ki, heç kim başqasının həyatını yaşamır. Hər kəs öz nəfəsini alır, hər kəsin həyat yolu fərqlidir. Hər kəsin öz ritmi, öz yaşam tərzi var”.

Ü.Məhərrəmova vurğulayıb ki, bütün bunlarla yanaşı sosial mediadan istifadəyə diqqət yetirmək lazımdır:

“Ondan müəyyən qədər uzaqlaşmaq, istifadəsini məhdudlaşdırmaq vacibdir. Məsələn, telefon, kompüter, sosial şəbəkələr və televiziyaya sərf olunan zamanı azaltmaq və gerçək həyata daha çox yönəlmək önəmlidir. İnsanlar öz daxili güclərinə fokuslanmalı, piyada gəzməyi adət halına gətirməli, nəfəs məşqlərindən yararlanmalı, hansısa bir məşğuliyyətlə məşğul olmalıdırlar”.

Müsahibimizin fikrincə, çoxdan görmədikləri dostları ilə görüşsünlər, əvvəllər getmədikləri yerlərdə ailə üzvləri və qohumları ilə birlikdə vaxt keçirsinlər:

“Hətta heç nə edə bilməsələr belə, özləri ilə baş-başa qalıb keçmiş uğurlarını xatırlasınlar, paylaşsınlar. Çünki gündəlik həyatın tələskənliyi, işə tələsik getmək, evə vaxtında çatmağa çalışmaq insanı bu cür düşüncələrdən uzaq salır. Amma məzuniyyət dövrü bu kimi dərin düşüncələr üçün bir fürsətdir. Eyni zamanda yaxın dostlar və ailə ilə daha səmimi, açıq ünsiyyət qurmaq çox vacibdir. Və unutmaq olmaz ki, sosial təzyiqlər, başqaları ilə müqayisələr “o bacardı, mən bacarmadım” kimi düşüncələr insanın daxilində mənfi təsir yaradır. Bu cür düşüncələrlə mübarizə aparmağı öyrənmək lazımdır”.

Fidan Hacızadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri