Hər məktəbdə psixoloq ştatının artırılmasına ehtiyac varmı? TƏHSİL EKSPERTİ AÇIQLADI
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Məktəblərdə şagirdlərin yalnız akademik biliklərinin deyil, psixoloji vəziyyətlərinin də diqqətdə saxlanılması vacib məsələlərdən biridir. Lakin təhsil müəssisələrində məktəb psixoloqlarının sayının yetərli olmaması bu istiqamətdə ciddi suallar yaradır. Bir sıra məktəblərdə psixoloqların üzərinə düşən iş yükünün çoxluğu, şagirdlərin fərdi şəkildə psixoloji dəstək almasını çətinləşdirə bilər.
Xüsusilə yeniyetmələr arasında aqressiya, davranış pozuntuları, bullinq, ailədaxili problemlər və emosional gərginlik kimi halların mövcudluğu məktəb psixoloqlarının fəaliyyətinin əhəmiyyətini daha da artırır. Bəs məktəblərdə psixoloq çatışmazlığı hansı problemlərə yol açır? Hər məktəbdə psixoloq ştatının artırılmasına ehtiyac varmı?
Mövzu ilə bağlı təhsil eksperti Anar Hüseynov SİA-ya açıqlamasında bildirdi ki, məktəblərdə psixoloqların sayının az olması ciddi problemdir:
"Bəzi təhsil müəssisələrində bir psixoloqun yüzlərlə, hətta minlərlə şagirdlə işləməsi tələb olunur. Belə olan halda həmin mütəxəssisin hər bir şagirdlə fərdi məşğul olması, onların psixoloji vəziyyətini mütəmadi izləməsi mümkün deyil. Psixoloqun işi formal xarakter daşımamalı, real nəticəyə hesablanmalıdır. Bu gün məktəblərdə bullinq, şagirdlər arasında aqressiya, müəllim-şagird münasibətlərində gərginlik və yeniyetmələrin psixoloji problemləri kimi məsələlər mövcuddur.
Bu problemlərin qarşısının alınmasında məktəb psixoloqlarının rolu böyükdür. Hesab edirəm ki, məktəblərdə şagird sayına uyğun psixoloq ştatları müəyyənləşdirilməli, zərurət olan təhsil müəssisələrində əlavə mütəxəssislər işə cəlb edilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















