Icma.az
close
up
RU
“Hər məsciddə kitabxana” layihəsi Abşeron Xızı bölgəsində davam etdirilib

“Hər məsciddə kitabxana” layihəsi Abşeron Xızı bölgəsində davam etdirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Abşeron-Xızı bölgəsində uğurla başa çatıb.

Bu mərhələ çərçivəsində Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir.

Qeyd edək ki, 2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib.

Bu mərhələ aşağıda adları göstərilən məscidləri əhatə edib:

Sumqayıt şəhəri:

“Cümə” məscidi

“Ceyhun xanım və Hacı Əhməd” məscidi  

Kotec qəsəbə məscidi 

Corat qəsəbə məscidi 

Hacı Zeynalabdin Tağıyev qəsəbəsi “Bəyverdi” məscidi

Abşeron rayonu:

Xırdalan şəhəri “Cümə” məscidi        

Novxanı qəsəbəsi, “Hacı Səfəralı” məscidi

Mehdiabad qəsəbə məscidi

Masazır qəsəbə məscidi

Saray qəsəbəsi “Cümə” məscidi

Aşağı Güzdək qəsəbə məscidi

Güzdək qəsəbəsi “Rəsulullah” məscidi

Hökməli qəsəbəsi “Hacı Məmmədhəsən Cümə” məscidi

Ceyranbatan qəsəbəsi “Hüseyniyyə” məscidi

Digah kəndi “Cümə” məscidi

Qobu qəsəbəsi “İmam Hüseyn” məscidi

Məmmədli kəndi “Şahsevən” məscidi          

Qobustan kəndi “Kənd” məscidi 

Xızı rayonu

Altıağac qəsəbə məscidi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri