Icma.az
close
up
RU
Hər səfərində mütləq bir neçə yenilik və açılış olur Böyük Qayıdış

Hər səfərində mütləq bir neçə yenilik və açılış olur Böyük Qayıdış

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" davam edir. Ötən gün Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin, Cəbrayıl rayonunun Horovlu kəndlərinin sakinləri ilə görüşüb və onlara mənzillərin açarlarını təqdim edib. 

Redaktor.az-a danışan deputat Elman Məmmədov qeyd etdi ki, prezidentin dünən Zəngilan və Cəbrayıl rayonlarına möhtəşəm səfəri oldu:

"Səfər çərçivəsində bir çox müəssisələrin, yeni iş yerlərinin açılışları həyata keçirildi. Bu isə inkişafdan xəbər verir. Cənab prezidentimizin uzun illərdir ki, hər səfərində mütləq bir neçə yenilik və açılış olur. Bu, dövlətimizin iqtisadi gücündən, inkişafından, günü-gündən artan nüfuzundan xəbər verir. Horovlu kəndindən olan görüntüləri çox maraqla və qürurla seyr etdik".

Onun sözlərinə görə, Horovlu kəndinin özü müasir şəhərə oxşayır:

"Kəndin sakinləri də cənab prezidentə etiraf etdilər ki, kəndimiz belə deyildi, indi müasir, gözəl, şəhər tipli yaşayış massivi salınıb. Cəbrayıl şəhərinin özündə ikinci və üçüncü yaşayış massivlərinin təməlqoyma mərasimi həyata keçirildi. Bütün istiqamətlərdə çox geniş abadlıq, tikinti, quruculuq işləri gedir. Cənab prezidentimizin dediyi kimi, qayıdış üçün nə iş görülürsə, hamısı yüksək səviyyədədir. Qarabağımız müasir dövrün tələblərinə cavab verən, ən yüksək səviyyədə inkişafa malik olacaq. Bu da əhalimizin rifahı, yaxşı yaşaması, işlə təminatı üçündür. İşlər gedir, qayıdış davam edir. İnşallah, yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərimiz Azərbaycanın çiçəklənən, ən yüksək səviyyədə inkişafa malik olan bölgələrinə çevriləcək".

Milli Məclisin deputat Ceyhun Məmmədov isə dövlət başçısının Cəbrayıl rayonunun Ağalı kəndində sakinlərlə görüşünə toxunaraq bildirdi ki, artıq Ağalı kəndinin sakinləri öz doğma yurdlarına köçürlər, əhalinin orada yaşaması üçün bütün şəraitlər yaradılıb:

"Eyni zamanda, cənab prezident Cəbrayılda məscidin təməlini qoydu. Bu, çox önəmli bir hadisədir, prezidentin milli mənəvi dəyərlərimizə, tariximizə, ənənələrimizə yüksək diqqət və qayğı göstərdiyinin bir göstəricisidir. Cənab prezident bu istiqamətdə çox böyük addımlar atır və işlər görür. İşğaldan azad olunmuş ərazilərimizdə məscidlərin tikilməsi və inşası da olduqca vacibdir. Bu da dəyərlərimizə hörmətin bir göstəricisidir".

Deputat vurğuladı ki, Cəbrayılda yeni yaşayış binalarının təməli qoyuldu və növbəti dəfə burada əhalimiz, insanlarımız məskunlaşacaqlar:

"Bu binaların təməlinin qoyulması da artıq Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinin sürətlə getdiyini göstərir. Prezident Zəngilanın Ağalı kəndində yeni evlərin təməlini qoydu. Bütün bunlar onu göstərir ki, cənab prezident bu prosesə öz diqqətini və qayğısını saxlayır".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri