Icma.az
close
up
RU
Hər şəhid xatirəsi bir işıqdır, şəhidlərimizin xatirəsi yaddaşlarda əbədiləşib və qürurla anılır

Hər şəhid xatirəsi bir işıqdır, şəhidlərimizin xatirəsi yaddaşlarda əbədiləşib və qürurla anılır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Füzuli, 1 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Müqəddəs amal uğrunda canlarından keçən igid övladların xatirəsi Füzulidə bir daha qürurla anılıb. Altı şəhidimizin ruhu üçün dualar oxunub, ürəklərdə dərin iz salan adları yenidən səslənib. Onların adını çağırmaq yalnız xatırlamaq deyil, həm də gələcək nəsillərə qəhrəmanlıq dərsi verməkdir. Bir daha sübut oldu ki, şəhidlərin əmanəti qorunur, onların ölməzlik zirvəsinə qalxan yolu unudulmur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.

X  X  X

Şəhid Şəmsi Cəfərov yeniyetmə çağlarından Vətənə sonsuz sevgisi, qısa ömür yolu və şəhadəti ilə gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olub. O, 2001-ci il sentyabrın 27-də dünyaya göz açıb. 2008-ci ildə Bakı şəhəri Sabunçu rayon 213 saylı liseyin 1-ci sinfə daxil olub, lakin sonradan təhsilini Füzuli rayon 6 saylı Qayıdış qəsəbəsində tam orta məktəbdə davam etdirib. Orta məktəb vaxtı da öz nümunəvi əxlaqı və vətənpərvərliyi ilə seçilib. 2019-cu ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə qürur hissi ilə yollanıb. Xidmətinin 1-ci ilində - 19-cu yaş günündə Vətən müharibəsinin ən öndə gedən döyüşçüləri sırasında yer alan Şəmsi döyüş yoldaşları ilə bir sıra uğurlu tapşırıqlarda iştirak edərək öz şücaəti ilə seçilib. 2020-ci il sentyabrın 29-da Tərtər rayonu Şıxarx (Marquşovan) kəndi uğrunda gedən gərgin döyüşlər zamanı Şəmsi qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Subay idi. Şəmsi Cəfərov ölümündən sonra “Vətən Uğrunda”, "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

X  X  X

Şəhid Süleymanov Elçin Tehran oğlu 1991-ci il noyabrın 29-da Böyük Bəhmənli kəndində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayan Elçinin ən böyük istəyi tankçı olmaq idi. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan Elçin xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi ordu sıralarında Vətənin keşiyində dayanıb. O, uşaqlıq arzusuna çataraq peşəkar tankçı olub, xidmətə davam edib. Vətən müharibəsinin ilk günündə düşmənə sarsıdıcı zərbələrin vurulmasında və sədlərin yarılmasında Elçin və yoldaşları böyük şücaət göstəriblər. Onların tankı vurulsa da, dayanmayıb, irəli gediblər. Düşmən tərəfindən açılan növbəti atəş zamanı tank yararsız hala düşüb və heyət üzvlərini yaralı görən Elçin döyüş yoldaşlarını xilas edib.

Elçin torpaqlarımızın azadlığı uğrunda əsl qəhrəmanlıq nümayiş etdirib. Sentyabrın 30-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Elçin Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

X  X  X

Əslən Füzuli rayonu Dilağarda kəndindən olan Nüsrətli Ceyhun Aqil oğlu 1995-ci il aprelin 8-də Beyləqanda doğulub. Ata-baba yurdu işğalda olan Ceyhun ailəsi ilə bərabər Beyləqan ərazisindəki Xocavənd qəsəbəsində yaşayıb. Orta və ali təhsil aldıqdan sonra 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayan gündən ilk döyüşə atılanlar sırasında yer alıb və Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. 2020-ci il sentyabrın 29-da gərgin döyüşlər zamanı şəhid olub. Şəhid Ceyhun Nüsrətli ölümündən sonra "Vətən uğrunda", Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

X  X  X

Şəhid Əliyev Sehriman 1990-cı il aprelin 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Hələ yeniyetmə çağlarından hərbiyə maraq bəsləyən Sehriman 2008-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini müvəffəqiyyətlə başa vuraraq, ordu sıralarından tərxis olan Sehriman bir müddət mülki işdə çalışsa da, 2016-cı ilin Aprel döyüşlərindən sonra öz işindən imtina edərək, könüllü ordu sıralarına qayıdıb, tankçı kimi Vətənin keşiyində dayanıb. Vətən müharibəsi başlayan gündən döyüşlərdə qəhrəmanlıqla iştirak edən Sehriman düşmən cəbhəsinin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 29-da Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Sehriman Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

X  X  X

Mülki şəhid Səfərov İxtiyar Əjdər oğlunun Anım günü qeyd edilib. 44 günlük Vətən müharibəsinin mülki şəhidi Səfərov İxtiyar Əjdər oğlunun anım günündə ailəsi, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə məzarı ziyarət olunub.

X  X  X

Şəhid Məzahir Niyaz oğlu Göyüşov 1992-ci il martın 7-də Beyləqan rayonunda anadan olub. 2009-cu ildə Tuğ kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində davam etdirib. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif işlərdə çalışsa da, hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib. 2016-cı ildə gizir hərbi rütbəsi ilə BMP komandiri təyin olunub. Məzahir Göyüşov 2016-cı ilin aprel ayında baş verən döyüşlərin iştirakçısı olub, Lələtəpə istiqamətində öz xidmətini layiqincə yerinə yetirib. O, həmçinin 2020-ci il iyul ayında baş verən Tovuz döyüşlərində də könüllü olaraq iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib və yaralı yoldaşlarını səngərdən çıxarmağı bacarıb. O, Tovuz döyüşlərində göstərdiyi şücaətə görə mükafat, təşəkkürnamə ilə təltif edilib. Sentyabrın 27-si tankı ilə düşmən üzərinə gedib, düşmənə sarsıdıcı zərbələr endirib və yaralı yoldaşlarını səngərdən çıxarıb. Füzulidə gedən ağır döyüşlərdə düşmənin atdığı minomyot Məzahir Göyüşovun tankını yararsız hala salıb, buna baxmayaraq yoldaşları ilə yenidən başqa tankla irəliləməyə başlayıb. Sentyabrın 30-da Horadiz istiqamətində gedən ağır döyüşlərdə düşmənin çox sayda atdığı minomyot zərbələri nəticəsində tankçı gizir Məzahir Göyüşov şəhidlik zirvəsinə ucalıb.

Məzahir Göyüşov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri