Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Hər şey səni xatırladır...

Hər şey səni xatırladır...

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

İndi hər şey yuxu kimi gəlir...

İki il əvvəl Çingiz kişinin həyətində “Vağzalı” çalınmışdı, ocağına gəlin gətirmişdi. Tapdığın çox sevdiyi Gülşən bu evə gəlin gəlmiş, Ağayevlər ailəsinə böyük sevinc bəxş etmişdi. Bir il əvvəl isə Tapdığın oğlu Uğur dünyaya gəlmişdi...

Ancaq Tapdıq nə ailə həyatının şirinliyini doyunca yaşaya bildi, nə də övlad sevincini...

Həyat yoldaşı onunla bağlı xatirələri yada salır: “Tapdığın başqa ürəyi var idi. Həddindən çox qayğıkeş və mərhəmətli idi. Ana olmaq üçün Doğum evinə gedəndə çox narahat idi. Məni qətiyyən tək buraxmaq istəmirdi. Onun narahatlığına baxmayaraq, əməliyyat yaxşı keçdi, Uğur dünyaya gəldi. Xəstəxanadan çıxanda evi başdan-başa bəzəmişdi, hər şeyi gəlişimizə hazır etmişdi. O, məni itirməkdən çox ehtiyatlanırdı. Həmişə deyirdi ki, həyatı heç cür sənsiz təsəvvür eləmirəm. Onun sonsuz və böyük məhəbbətinə görə özümü xoşbəxt hesab edirdim. Hər bir xanım elə bir sevgiyə sahib olmaq istəyər. Ancaq, necə deyərlər, sən saydığını say… O, məni itirməkdən qorxurdu, mən onu itirdim. Haradan ağlıma gələrdi ki…”.

İndi Uğurun 6 yaşı var, onda 1 yaş 3 aylıq idi.

Tapdıq sentyabrın 26-sı axşam saat 9-da təlimdən evə gəlmişdi. Özü ilə içi boş patronlar gətirmişdi. Yenə həyat yoldaşı beş il əvvələ qayıdır: “Adı yazılan kağızları içinə qoyub kəlbətinlə ağzını bərkitdi. Bütün gecə yata bilmədim. Sadəcə, onun üzünə baxa-baxa durdum. Səhər saat 5-ə işləmiş bizimlə sağollaşdı, məni möhkəm bağrına basdı. Həmin gün anası da bizdə idi. Amma nə anası ilə sağollaşdı, nə də Uğuru qucağına götürdü. Yəqin kövrələcəyini bildiyinə görə... Evimiz 4-cü mərtəbədə idi. Yuxarı mərtəbədən ardınca baxırdım, arxaya çevrildi, bilirdi ki, pəncərədən baxıram, əlini yellədi, sonra iti addımlarla qaranlıqda gözdən itdi. Sentyabrın 29-da, 30-da və oktyabrın 3-də telefonla əlaqə saxlamışdı. Hər telefon zəngində ümid verirdi, deyirdi ki, gələcəyəm. Axırıncı telefon danışığımız oktyabrın 6-da oldu. Oktyabrın 7-si, 8-i zəng etdim, cavab vermədi. Özümə yer tapa bilmirdim, sanki tikan üstündə idim, elə bilirdim, nəsə xoş olmayan xəbər eşidəcəyəm…”.

AZƏRTAC xəbər verir ki, Tapdıq Ağayev 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində doğulub. Kənddə orta məktəbi bitirəndən sonra Bakı Sənaye-Pedaqoji Kollecində təhsil alıb. 2010 - 2012-ci illərdə hərbi xidmətdə olub. 2016-cı ildə öz arzusu ilə Bakıda Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna yazılıb. Kursu bitirdikdən sonra “Həmlə” taborunda baş atıcı kimi xidmət edib.

Vətən müharibəsinin ilk günündən ön cəbhədə olub. Oktyabrın 8-də Füzuli və Cəbrayılın kəndlərinin azad edilməsi uğrunda döyüşlərdə 25 yoldaşı ilə birlikdə şəhidliyə yüksəlib. Onun meyiti 22 gün neytral zonada qalıb. Oktyabrın 30-da doğma Tüntül kəndində torpağa tapşırılıb Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailədə bir bacı, bir qardaş olublar. Oğlu şəhidliyə yüksələndən sonra səhhətində narahatlıq yaranan anası Firuzə cəmi 44 gün yaşaya bilib. Oğlunun 40 mərasimindən sonra dünyaya gözlərini yumub. Atası Çingiz isə Tapdıqdan sonra insult keçirib. Hələ də hərəkət etməsində, nitqində problemlər var. Yeganə təsəllisi evin bir otağında oğluna aid paltar, sənəd və əşyaların toplandığı “muzeydir”.

İndi Gülşənin də təsəllisi Tapdığın yazdığı sevgi dolu mesajlar, onunla birgə keçirdiyi xoş günlərin unudulmaz xatirələri və onun yeganə əmanəti Uğurdur...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri