Icma.az
close
up
RU
Hər şeyi çox düşünən 4 bürc: Onlar ən kiçik detalı belə beynində böyüdür

Hər şeyi çox düşünən 4 bürc: Onlar ən kiçik detalı belə beynində böyüdür

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi insanlar başqalarının heç əhəmiyyət vermədiyi bir cümləni, mesajı və ya qərarı saatlarla düşünür. “Görəsən, belə desəydim necə olardı?”, “Bəlkə başqa cür qərar verməli idim?” kimi suallar onların zehnində uzun müddət dolaşa bilir.
Astroloji yanaşmaya görə, bəzi bürclər həddindən artıq düşünməyə, detallara ilişməyə və qərarları dəfələrlə analiz etməyə daha meyllidir. Onlar üçün adi görünən bir məsələ belə uzunmüddətli düşüncə prosesinə çevrilə bilər.
Əkizlər – Hər ehtimalı nəzərdən keçirirlər
Əkizlər sürətli və daim aktiv olan zehinləri ilə seçilirlər. Onlar baş verən hadisəyə yalnız bir tərəfdən baxmır, mümkün olan bütün variantları düşünməyə çalışırlar.
Ətrafdakı insanların nə düşündüyünü anlamaq, daha çox məlumat toplamaq və müxtəlif ehtimalları müqayisə etmək onların üçün olduqca vacibdir. Hətta sadə bir qərar qarşısında belə seçimlər arasında uzun müddət tərəddüd edə bilərlər.
Üstəlik, keçmişdə etdikləri söhbətləri sonradan yenidən xatırlayaraq “kaş bunu belə deyəydim” deyə düşünmələri də mümkündür.
Qız – Ən kiçik detal belə gözdən qaçmır
Qız bürcü detallara olan diqqəti ilə tanınır. Başqalarının fərq etmədiyi xırda nüansları belə görə bilirlər. Hər şeyi düzgün və qüsursuz etmək istəkləri isə onları daim düşünməyə vadar edir.
Onlar mümkün səhvləri əvvəlcədən hesablamağa çalışır, hətta kiçik bir problemi belə gözlərində böyüdə bilirlər. İşlər qaydasında getsə belə, “görəsən, nəyisə gözdən qaçırmışam?” sualı onları rahat buraxmaya bilər.
Bu səbəbdən Qızlar bəzən özlərinə qarşı həddindən artıq tələbkar və tənqidi davranırlar.
Tərəzi – Qərar vermək onlar üçün asan deyil
Hər şeyi ölçüb-biçmədən qərar vermir.Qərar verərkən bütün tərəfləri nəzərə almaq istəyən Tərəzi heç bir variantı gözdən qaçırmaq istəmir. Həm düzgün seçim etmək, həm də heç kimi incitməmək üçün eyni məsələni müxtəlif tərəflərdən dəfələrlə analiz edə bilir.Tərəzilər qərar verdikdən sonra belə digər variantın daha yaxşı olub-olmadığını düşünə bilirlər. Seçimlərin müsbət və mənfi tərəflərini davamlı müqayisə etmələri hətta sadə məsələlərdə belə qərarsız qalmalarına və zehinlərini lazım olduğundan daha çox yormasına səbəb ola bilər.
Dolça – Gələcəyi indidən düşünür
Dolça bürcü yalnız hazırkı vəziyyəti deyil, gələcəkdə baş verə biləcək hadisələri də nəzərə alır. Verdiyi qərarın aylar sonra hansı nəticələrə səbəb ola biləcəyini düşünərkən bir-birinin ardınca müxtəlif ehtimallar qurmağa başlayır.
Kənardan sakit və rahat görünsə də, Dolçanın zehnində daim yeni fikirlər, ssenarilər və həll yolları dolaşa bilər. Hələ baş verməmiş hadisələri əvvəlcədən anlamağa çalışması isə zaman-zaman öz düşüncələri arasında itib qalmasına səbəb ola bilər.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Avqust 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri