Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

HƏR TƏMƏLİN ÖZ BANİSİ FOTOLAR

HƏR TƏMƏLİN ÖZ BANİSİ FOTOLAR

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Girişə elə “Bani” sözünün özündən başlayıram. Yaradan, quran, təməlini qoyan və s. mənaları verən bu söz Dünya Xalqları Yazıçılar Birliyinin üzvü, görkəmli psixiatr-narkoloq Asif Kəngərlinin qələmə aldığı “Bani” əsərinin adıdır. Naxçıvanın məşhur Böyükdüz kəndinin banisi, yerli əhali tərəfindən, ümumiyyətlə zəmanəsində Əli Əmioğlu kimi tanınan və sevilən Əli Cəlil oğlu Məmmədovun həyat və fəaliyyətini, onun işgüzarlığını, səxavətini və mərdliyini və nəhayət böyük bir bölgənin ağsaqqalı kimi kimlik portretini təsvir edən bu kitab özündə bir sıra xarakterik yaradıcılıq cəhətlərini ehtiva edir: dürüstlük, həssaslıq, tarixə və dəyərlərə ehtiram! Kitabda həmçinin, həyat və fəaliyyətinin hər bir anı canlı tarix olan ümummilli lider Heydər Əliyevin şəxsiyyətinin ucalığını xarakterizə edən mühüm məqamlara epizodik şəkildə toxunulur.

Sənədli, tarixi, etnoqrafik, bədii və publisist üslubların sintezində olmaqla qarışıq janrda yazılan əsər Azərbaycanın 70 illik sovet tarixində mədəni, psixoloji, sosial həyata işıq salır. Öz ailəsinin, daha dəqiq desək babasının həyat və fəaliyyətini ən incə çalarlarla yaradıcılığa cəlb edən Asif Kəngərli “nəslini danan haramzadadır”,-deyimini ibrətlik flaqman edərək incəliklərə baş vuraraq kitabın ilk səhifələrindəcə oxucu ilə sıx səmimi ünsiyyət qurmağa nail olur. Zəngin söz ehtiyatı, axıcı ifadələr, rəvan yazı üslubu müəllifə səlis cümlələr qurmasına böyük şanslar yaradır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində cərəyan edən bu hadisələr dövlətimizin, ölkəmizin və xalqımızın tarixinin mühüm bir hissəsidir. Müəllifin “Bani” ilə ortaya qoyduğu məntiqi mühakimə budur: Azərbaycan xalqı bu torpaqların əzəli sahibi olduğu üçün Vətənin hər qarışı, o cümlədən, şoranlığı da, dağlığı və xırlığı da əzizdir ona. Məhz buna görə də hər məkanı özünə yaşayış məskəni, yurd yeri olaraq yarada və qurduğu məskənə tezliklə alışa, uyğunlaşa bilir. Bu yerdə, Böyükdüzün coğrafi yerləşmə yerinə diqqət edək Araz sahili və Duzdağın ətəkləri. Müstəqilliyin bərpası dövründə bu sıraya daha bir yenilik əlavə edildi. İndi Yeni kərki kəndinin ünvanını izah edəndə “Böyükdüzlə üz-üzə yerləşir”,-deyirlər. İfadənin əksi də var, Böyükdüz Yeni Kərkinin qarşısında yerləşir. Qarşısına “Yeni” sözü əlavə edilmiş kəndin tarixi bütövlükdə Naxçıvanın milli-müdafiəsi tarixinin bir parçasıdır. Bu kəndin camaatı işğal altında olan Kərki kəndinin məcburi köçkün sakinləridir. 1990-cı il yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.

Bu məqalədə oxucu ilə münasibətlərimizdəki şirinliyi qorumaq üçün elə mövzuda Şahtaxtı qovununa da yer ayrımaq əhəmiyətlidir. Hansı ki, çağa kimi bələnə-bələnə bəslənilib yetişdirilən Şahtaxtı qovunun ərsəyə gəlməsini ədəbi təsvirlə qələmə alan müəllif sanki bir “aqrar folklor” nümunəsi yaradıb. Bəli, Şahtaxtı qovunu o nadir təbi məhsullardandır ki, tək-tək yetişdirilir və qovunların hər birinə çiçək vaxtından bostançı tərəfindən xüsusi qulluq tələb olunur. Bu qovun sortu məhz çiçəyin öz tağ yarpağı ilə bələnir və gündəlik bəslənir. Yeri gəlmişkən, Böyükdüzün yerləşdiyi ərazi şoranlıq olduğu kimi, Şahtaxtının da yerləşdiyi məkan sırsıra travertin yataqlarının üstüdür. Yeri əhali burada da məhz qayalıqlar üstündə irəm yaradıb. Böyükdüzə məşhurlaşdıran mühüm amillərədn biri də məhz bu yaşayış məskənin dünya şöhrətli şəxsiyyətləri ilə tanınan, sayılıb seçilən Şahtaxtı camaatı tərəfindən qurulmasıdır ki, Əli Əmioğlu sözün əsl mənasında bu prosesin Banisidir.

Kitabda toxunmaq istədiyim ikinci məsələ, müəllifin yaradıcılıqındakı zəngin söz ehtiyatıdır. Bu silsilədən mövzucəm, dübarə, kərdi, mərküz, qıra, piston, vər, ləbələb, tağın qəcələsi, gərməşov, çəvlik, yağlı tapı, şor yumurta, dəstərxan, əppək, məkə, cığdan, təpridi, killikkə, çivir, möhrədən, öhd, bu heyni, torpaq suyu, ölü suyu, dən suyu və s. kimi sözləri və ifadələri göstərə bilərik.

Kitabda “çırpı” sözü rastıma çıxanda mərhum Fərman Kərimzadənin “Xudafərin körpüsü” tarixi romanında rast gəldiyim dünya şöhrətli şair Həbibinin uşaqkən Təbrizin girişində “çör-çöp” barədə söylədiklərini xatırladım və dərhal da düşündüm ki, tükənməz söz xəzinəsi doğma türk dilimizin zənginliyini hər zaman qoruyur.

Müəllif bölgənin coğrafi quruluşunu, yaşayış yerlərinin adlarını mükəmməl bildiyi üçün səlis ifadə tərzi ilə yaddaşlarda əbədi həkk olunan, hətta turistlər üçün köməkçi olacaq bir sıralama təsvir edir: “Arpaçayın sağ tərəfi ilə Dizə, Danzik, Arpa, Həsən kəndi, Qoytul, Sallı və Ağ kəndi arxada qoyub, dolanbac dağ yolları ilə Selimə çıxıb Əyricəyə çatdı. Yanıq, Qızıl xaraba, Kələkilux və Arx daşı kəndlərindən sonra obalar başlayırdı” (səh.23).

Qeyd etməliyəm ki, bütün yaş dövrlərimdə Azərbaycan filmlərini xüsusi zövqlə izləmişəm. Bu mənada, “Böyük dayaq” bədii filmi barədə xüsusi təəssüratlarım var. Filmdəki hadisələrin gözəl Muğan düzündə cərəyan etməsi hər kəsə məlumdur. Xalq yazıçısı Mirzə İbrahimovun filimdəki hadisələrin müəyyən hissəsinin Böyükdüzün sovet dövründəki həyatından götürməsinə dair Asif Kəngərlinin iddialarına dair faktları “Bani”dən ala bilirik. Bir yazıçı təcrübəsi ilə deyə bilərəm ki, Böyükdüzdə Lal Hüseyn adlı şəxsin yaşadığını bu kitab təsdiqləyirsə, qeyd olunan fakt yazıçının iddiasını isbat edir. Rüstəm kişi obrazı Asif Kəngərlinin əsərini oxuyanda gözlərim önündə canlandırmağa çalışdığım Əli Əmioğlunun avtoportretidir. Sadəcə olaraq “Böyük dayaq”dakı əsas qəhrəman İkinci Dünya müharibəsi iştirakçısı, Əli Əmioğlu isə Sosialist Əməyi Qəhrəmanıdır. Yazıçının roman üstündə 3-4 il də işlədiyini nəzərə almaqla qeyd etmək lazımdır ki, “Böyük dayaq” 1957-ci ildə nəşr olunub və həmin dövrdə məhz müharibə mövzusunun (1941-1945) aktuallığı Kommunist partiyasının nəzarətindəydi. Müharibədən təxminin 20 il sonra arxa cəbhə mövzusu daha da genişlənmişdir ki, bunun da bariz nümunələrindən biri kimi “Tütək səsi” filmini göstərə bilərik. Asif Kəngərli bütün bu faktlar əsasında həm də ustad yazıçımız Mirzə İbrahimovun Naxçıvan həyatını, ədibin Böyükdüzdə keçirdiyi ailə dostluqlarını yaddaşlara qaytarır.

Bani sosialist əməyi qəhrəmanı Əli Məmmədovun həyat və fəaliyyətini əks etdirən sənədli materialdır. Ata babasının həyat yoluna işıq tutmaq Asif Kəngərlinin bir ziyalı olaraq mənəvi borcu olmaqla bərabər kitabdakı digər materialları, o cümlədən “Lətifələr”, “Bir ömür hekayəsi” və “Zəmanə” bioqrafik romanı yazıçının ədəbi istedadının gücünü ortaya qoyur.

Yüksək poliqrafiya, nəfis dizayn və cəlbedici tərtibatla nəşr olunan əsərin daha bir özəlliyi onun məhz sarı (əsl kitab kağızı) kağızla çap edilməsidir. Bakıda fəaliyyət göstərən “Everest” yayın evi tərəfindən çapa edilmiş nəşrin dəyərini artıran mühüm əhəmiyyətli məsələlərdən biri də kitaba daxil edilmiş sənədlərdir. Xüsusilə Əli Əmioğluya verilmiş rəsmi sənədlərin bir qisminin latın qrafikalı Azərbaycan əlifbası (1929-1936) ilə yazılması günümüzün əsas çağırışları ilə tam ayaqlaşır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Türk dünyası türkoloji qurultayın 100 illiyini təntənə ilə qeyd etməyə hazır olduğu bir ərəfədə bu faktlar yeni bir çağırış üçün əsas yaradır: latın qrafikasına dair sənəd və kitablardan ibarət ayrı bir muzey-kitabxananın təsis edilməsi doğru olmazmı?

Nəşrin oxucular tərəfindən böyük rəğbət qazanacağı şübhəsizdir. Möhkəm cansağlığı və daha böyük yaradıcılıq arzusu ilə müəllifə təbrik edir “davamı gəlsin!”-deyirəm. Asif Kəngərlinin yeni əsərlərə bani olacağına heç bir şübhəm yoxdur.

Sabir Şahtaxtı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri