Icma.az
close
up
RU
Azərbaycanda peşə oftalmologiyasının banisi

Azərbaycanda peşə oftalmologiyasının banisi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycanın görkəmli oftalmoloqu, tanınmış elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Zərifə xanım Əliyevanın həyat və elmi irsi haqqında ətraflı söz açıb, onun Azərbaycan tibb elminə verdiyi töhfələrdən danışıb. 

Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati-metodik bölməsinin müdiri, Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva unudulmaz akademik haqqında “Zirvələrə yüksələn zərif insan ömrü” təqdimatı ilə çıxış edib. O, Zərifə xanımın elmi yaradıcılığı, oftalmologiya sahəsində apardığı tədqiqatlardan söz açıb, eləcə də onun Azərbaycanda peşə patologiyası və tibbi deontologiya üzrə elmi məktəbin formalaşmasındakı əvəzsiz rolunu diqqətə çatdırıb.

Mərasim iştirakçıları bildiriblər ki, Zərifə Əliyevanın əsasını qoyduğu “Peşə oftalmologiyası” sahəsindəki elmi fəaliyyətlər uğurla davam etdirilir və bu yanaşmanı tibb müəssisəsinin bütün alimləri mənimsəyərək elmi-praktik təşəbbüslərdə, o cümlədən neft emalı zavodunda aparılan tədqiqatlarda tətbiq edirlər.

Dəyirmi masada Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, tibb üzrə fəlsəfə doktorları Mirana Mirişova, Sona İbrahimova, Nuranə Nuriyeva, həkimlər Leyla Əliyeva, Elçin Həsənov və Natəvan Əliyeva Zərifə xanımın elmi irsi və insanlıq keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüblər.

Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri