Icma.az
close
up
RU
Təhsil sahəsində həyata keçirilən işə qəbul prosesi DİM ə verilsin Ekspertdən TƏKLİF

Təhsil sahəsində həyata keçirilən işə qəbul prosesi DİM ə verilsin Ekspertdən TƏKLİF

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Müəllimlərin sertifikasiyaya cəlb olunması təhsildə dövlət siyasətinin əsas prinsiplərindən biri olan keyfiyyətlilik prinsipinin təcəssümüdür. Burada müəllim peşəkarlığının ölçülməsi bütün dünyanın ayrı-ayrı ölkələrində, ümumilikdə beynəlxalq təhsil sistemində əsas meyarlardan biridir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin sertifikasiyası ilə bağlı məsələlərdən danışarkən bildirdi.

"Sertifikasiyanın keçirilməsi gecikdirilsə də, əsas məsələ sertifikasiyanın doğru-düzgün həyata keçirilməsi və neqativ hallara yol verilməməsidir. Düşünürəm ki, sertifikasiya ilə bağlı məsələdə hamımız bilməliyik ki, sertifikasiya müəllimlərin işə qəbul prosesi deyil, müəllimlərin peşəkarlığının yoxlanılması prosesidir. Müəllim peşəkarlığı düzgün yoxlanılmalıdır ki, əlavə narazılıqlar yaranmasın. Çox təəssüf olsun ki, sertifikasiya prosesinin həyata keçirildiyi zaman bir sıra neqativ hallar müşahidə olunur. Bu, təşkilati məsələlərdir, Elm və Təhsil Nazirliyinin ciddi yanaşa bilməməsidir. Ümumiyyətlə, təklif edirəm ki, müəllimlərin işə qəbul, sertifikasiya məsələsi, o cümlədən təhsil sahəsində həyata keçirilən işə qəbul prosesi dövlətin bu sahədə siyasətini həyata keçirən Dövlət İmtahan Mərkəzinə (DİM) verilsin. Hərə öz işi ilə məşğul olmalıdır. DİM-in yarandığı 33 il ərzində bu sahədə kifayət qədər təcrübəsi var. Bu məsələlər DİM-ə verilərsə, problem və narazılıqlar olmaz", - deyə təhsil eksperti bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri