Icma.az
close
up
RU
Siniflər üzrə yekun qiymətləndirməni DİM aparsın Ekspertdən maraqlı TƏKLİF

Siniflər üzrə yekun qiymətləndirməni DİM aparsın Ekspertdən maraqlı TƏKLİF

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil sistemindəki problemlərdən biri də Dövlət İmtahan Mərkəzinin (DİM) test suallarının orta məktəblərdə keçirilən tədris proqramları ilə üst-üstə düşməməsidir.

Bəs bu problem necə həll oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, faktiki halda DİM-in test sualları ilə orta təhsilin quruluşunda üst-üstə düşməyən hallar var:

"Orta məktəbin 11-ci sinifini bitirən şagirdi DİM 5-dən 11-ci sinifə qədər bütün keçdiklərindən imtahan edir. Müəllim şagirdə oxuduğu sinifin materiallarını öyrətməyə borcludur, aşağı sinifləri deyil. Belə olan halda şagird məcburdur ki, repetitorun yanına getsin. Deməli, repetitora şəraiti kim yaratdı? Mövcud sistem".

Ekspert qeyd etdi ki, 2020-ci ildən əvvəllər qəbul imtahanlarına bir sıra sadə suallar düşürdü. Lakin onun sözlərinə görə, indi elə deyil.

"Bu vəziyyət də şagirdi repetitorun hazırlığına getməyə məcbur edir. Bu gün universitet tələbələri hər semestr ildə 2 dəfə keçdiyi fənlərdən imtahan verib qiymət alırlar. Tələbədən 4-cü kursda 1-ci semestrin fənlərindən imtahan götürülmür. Bu formanı orta məktəblərdə də tətbiq etmək olardı. Siniflər üzrə yekun qiymətləndirməni DİM aparsın, nəticədə şagird 11-i bitirəndə müvafiq balı formalaşsın. Əgər şagird 10-cu sinifdə oxuyursa və 7-ci sinifdə keçirilən hansısa fənnin qiymətindən narazıdırsa, yenidən imtahan verib qiymətini alsın. Bu formalarla repetitorluq da xeyli zəifləyər. Valideyn o qədər pulu kefindən repetitora vermir. İnkişaf etmiş bir sıra ölkələrdə sistem belə işləyir. Amma bizdə necədir? 11-ci sinifi bitirdin, üç saatlıq imtahana salırlar, 5-ci sinifdən 11-ə qədər məlumatlar istənilir. Təbii ki, bunu yadda saxlamaq olmur, orta məktəb də təkrara qayıtmır, sualların səviyyəsi də çox yüksəkdir".-deyə R.Fikrətoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri