Hər yeni prioritet əlavə xərc demək deyil Azər Əmiraslanov
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yeni maliyyə ehtiyacları yarandıqda hər zaman əlavə maliyyə mənbələri axtarmaq lazım deyil. Hər yeni prioritet istiqamət mütləq yeni xərc demək deyil. Bəzən daha düzgün yanaşma mövcud büdcə daxilində prioritetlərin yenidən müəyyən edilməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, beynəlxalq təcrübədə bu yanaşma xərclərin yenidən prioritetləşdirilməsi adlanır. Komitə sədri çoxsaylı və təxirəsalınmaz maliyyə ehtiyaclarının olduğu Azərbaycanda bu yanaşmanın tətbiqinin praktik əhəmiyyət daşıdığını vurğulayıb.
A.Əmiraslanov qeyd edib ki, 2027-ci il üçün 5,3 faizlik inflyasiya və 2,7 faizlik iqtisadi artım proqnozları fonunda dövlət büdcəsinin parametrləri fiskal siyasətdə daha sərt yanaşma tələb edir.
Onun sözlərinə görə, növbəti illərdə iqtisadi fəallığın artırılması, büdcə gəlir və xərclərinin real artımının təmin edilməsi baxımından fiskal parametrlərin iqtisadi artım tempi ilə daha sıx uzlaşdırılması vacibdir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 16 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















