Icma.az
close
up
RU
Hər yerin adamı, heç bir yerin şairi Saffari yazır…

Hər yerin adamı, heç bir yerin şairi Saffari yazır…

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycanda adına şair deyilən elə adamlar var ki, onlar əslində, şair deyillər, sadəcə, üç-dörd şeirləri var.

Məsələn, İlqar Fəhmi.

Əlbəttə, İlqar Fəhminin yaxşı şeirləri var, ancaq o, küll halında şair deyil. Dah dəqiq, İlqar Fəhmi şairdir, ancaq şairlər olmayan yerdə.

Ümumiyyətlə, o, böyük anlamda şair ola da bilməz. Küll halında şair olmaq olduqca ciddi məsələdir. Yaxşı şeir belədir ki, onu təsadüfən də, hansısa zərurətdəndə ömrün bir çağında yazmaq olar. Bir adamın yaxşı şairliyi ən zəif şeirində belə görünməlidir. Ancaq İlqar Fəhminin yaxşı şair olması heç ən yaxşı şeirində də görünmür. O, hər yerin adamıdır, amma heç bir yerin, heç kimin şairi deyil.

İlqar Fəhmi ömrünü konyukturaya həsr etmiş, mümkün olan və elə olmayan hər yerdə olmağa çalışmış, azad ruhu və düşüncəsi olmayan bir adamdır.

Məsələn, ona bu gün teatr kulislərində danışılan bəzi məsələləri demək lazımdır.

İıqar Fəhmi, siz niyə, necə hər yerdəsiniz? Bunu necə bacarırsınız? Qəzəlləriniz ədəbiyyatı zəbt edə bilmədiyi üçün ciddi çəkisi olmayan pyeslərinizi səhnələşdirirsiniz? Siz də rəhmətlik Elçinsiniz məgər?

Bəzən düşünürəm ki, əgər sabah Marsda Azərbaycan Mədəniyyət Günləri keçirilsə, ilk uçan nümayəndə heyətinin tərkibində İlqar Fəhmi olacaq. Əgər Ayda Yazıçılar Birliyinin filialı açılsa, açarın biri onda olacaq. Əgər Atlantik okeanının dibində dramaturgiya seminarı keçirilsə, moderator yenə İlqar Fəhmi olacaq.

Adam o qədər hər yerdədir ki, bəzən adama elə gəlir, Azərbaycan mədəniyyətinin bütün boşluqlarını onun şəkli ilə doldururlar.

İlqar Fəhmi həm də Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibidir. Deyərdim, orada hələ yaradıcılıq adına ciddi bir iş yoxdur. Ancaq İlqar Fəhmi həm də özünü ömür boyu burada görmək istəyib.

Əslində, mahiyyət etibarı ilə qəzəl janrı özündə satiranı, hər hansısa məsələyə etirazı da ehtiva edir. Qəzəl janrı tarix boyu təkcə eşqin deyil, həm də etirazın, istehzanın, ictimai narahatlığın daşıyıcısı olub. Füzuli eşqdən yazanda belə dünyanın dərdini yazırdı. İlqar Fəhmi isə bəzən elə təsir bağışlayır ki, sanki dünya dağılsa belə, ilk reaksiyası bu cür olacaq: “Bu hadisəni bir qəzəldə necə romantikləşdirək?”

Yəni İlqar Fəhminin isə işi-gücü sevgidən qəzəl yazmaqdır. Onun bircə etiraz ruhlu qəzəlini görmək mümkün deyil. Varsa da, səhvən yazıb, gənc olub, bilməyib.

Ümumiyyətlə, hər nə qədər modernliyə iddialı olsa da, İlqar Fəhmi şeirləri də əksərən ənənəvi Şərq ədəbiyyatı motivlərində yazılan, ruhu rakka-çiko meyxanaya bənzəyən şeirlərdir.

Ümumiyyətlə, mənə elə gəlir ki, İlqar Fəhmi meyxanaçı olsaydı, yaxşı vagirə edərdi.

İlqar Fəhmi, deyərdim, ən istedadlı nəğməkar şairdir. Yəni məsələn, Yusif Nəğməkardan olduqca istedadlı adamdır.

Ədəbiyyatda elə adamlar var ki, onlar həqiqəti axtarırlar. Elə adamlar da var ki, həqiqət onları axtarır, amma tapa bilmir. Əgər Yusif Nəğməkar düşünsə ki, İlqar Fəhmidən böyük şairdir, yanılar.

Onun şeirlərinin böyük hissəsini oxuyanda adamın gözünün qabağına kitab yox, ucuz mahnılar gəlir. Nə bilim, səhnə gəlir, tədbir gəlir, təqdimat gəlir, mikrofon gəlir, hətta araxçın da gəlir. Ancaq böyük poeziya gəlmir ki, gəlmir.

Böyük poeziya oxuyanda adamın daxilində narahatlıq yaranır, rahatlığı pozulur, dünyaya baxışı dəyişir.

İlqar Fəhmini oxuyanda isə daha çox adamın qalstuku düzəlir.

Bəli, məsələ belədir. Ədəbiyyatda bəzi adamlar həqiqəti axtarırlar. Bəzi adamlar isə həqiqətin yanında şəkil çəkdirirlər.

Elə adamlar da var ki, həqiqət onları axtarır, amma onlar həmin vaxt hansısa tədbirin fəxri qonağı olduqları üçün telefona cavab vermirlər.

Mənə elə gəlir ki, İlqar Fəhmi məhz həmin kateqoriyadandır. O, Azərbaycan ədəbiyyatının ən böyük faciəsi deyil. Ən böyük uğuru da deyil. Nə bilim e, belə də.

İlqar Fəhminin ümumi obrazını belə də təsvir etmək olar:

“Səhər saatlarında Bakı və Abşeron yarımadasında mülayim külək, günorta saatlarında qismən buludlu hava və bir ədəbi sima müşahidə olunacaq”.

Sonda onu deyərdim ki, məncə, İlqar Fəhmi şeir yazmasa, daha yaxşı şairdir.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyun 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri