Hərb xidmətdən yayınmaq üçün kökələn şəxs həbs edildi
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Koreyada iki illik məcburi hərbi xidmətdən yayınmaq üçün qəsdən kökəlməyə cəhd edən şəxs həbs edilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Donqbu Rayon Məhkəməsi adı açıqlanmayan 26 yaşlı gəncin hərbi xidmət qanununu pozduğuna qərar verib.
Məhkəmə sözügedən şəxsin hərbi xidmətə yararlılığı ilə bağlı imtahandan əvvəl gündəlik yediyi yemək və suyun miqdarını qəsdən artırdığına qərar verib və o 1 il müddətinə azadlıqdan məhrum edilib.
26 yaşlı gənclə yanaşı, onu bu plana həvəsləndirən dostu da cəzalandırılıb.
Hərbi xidmətdən yayınmaq istəyən gəncin dostunun hazırladığı siyahı əsasında kökəldiyi üzə çıxıb.
Adı açıqlanmayan dost təqsirini qəbul etdiyindən və daha əvvəl heç bir cinayət törətmədiyindən ona yüngül cəza verilib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















