Hərbçilərin maaş artır və pensiya sistemi dəyişir DETALLAR
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq. Hərbçilərin pensiyasının hesablanması və pensiya yaşının müəyyən edilməsi qaydalarının da dəyişdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, dəyişikliklər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan qanun layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, hərbi qulluqçuların pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq. Onlara fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalı əsasında ümumi qaydada pensiya təyin ediləcək. Pensiya ilə yanaşı, hərbi rütbə üzrə müəyyən olunan sabit məbləğdə aylıq əlavə ödəniləcək. Bu əlavə hazırda qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə pensiya əlavəsini əvəz edəcək.
Digər dəyişiklik hərbi qulluqçuların pensiya yaşına aiddir. Təklifə görə, hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Əməkhaqqının strukturunda da dəyişiklik nəzərdə tutulur. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Layihəyə dair təqdim olunan məlumata görə, bu dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonrakı əməkhaqqı orta hesabla 22,8 faiz artacaq.
Layihənin əsaslandırılmasında bildirilir ki, yeni yanaşma hərbçilərin daha uzun müddət xidmətdə qalmasını stimullaşdıracaq. Xidmət müddəti artdıqca onların vəzifə və rütbələrinin, buna uyğun olaraq əməkhaqqı və fərdi hesablarında qeydə alınan pensiya kapitalının da artacağı gözlənilir.
Dəyişikliklərin pensiya təyinatını sadələşdirəcəyi də qeyd olunur. Layihəyə əsasən, hərbçilərin pensiyasının elektron qaydada, hər hansı ünvana getmədən təyin edilməsi mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:269
Bu xəbər 25 Sentyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















